Ə.Əylisli: “Fikrət Qoca təpədən-dırnağacan saxtadır”
15 iyul 2011
10:48
Fikrət Qocanın Azadlıq qəzetində yazdığı məqaləsinə Əkrəm Əylisli elə həmin qəzetdə cavab verib.
Fikrıət Qocanın məqaləsini çap etdiyimiz kimi Əkrəm Əylislinin də cavab məqaləsini yayımlayırıq.
"Sən demə, «KQB»dən qalma qondarma bir quruma ömür boyu sədaqət göstərmək mənim ali məqsədim olmalı imiş"
Xalq şairi Fikrət Qoca “Azadlıq”da dərc etdirdiyi “Palto oğurlayan, ya paltosu oğurlanan” başlıqlı məqaləsində tanınmış yazıçı Əkrəm Əylislinin də ünvanına bir sıra ittihamlar səsləndirib.
Fikrət Qocanın qəzetinizdə dərc edilən məqaləsindən ötəri olsa da xəbərim var. Məqalənin bəzi yerlərini yaxın tanışlarımdan biri telefonda mənə oxuyub. Əgər siz bu barədə məndən rəy soruşmasaydınız, mən sözsüz ki, o məqaləyə heç bir münasibət bildirməyəcəkdim.
Əvvəla ona görə ki, məqalə orijinal deyil: hələ lap gənclik çağlarından özüm barədə mən bu tipdə, bu üslubda və bu əxlaqda başımın tükü sanı yazılar oxumuşam. Fərq bircə burasındadır ki, bu sayaq məkr dolu yazıları bir vaxt Anar və Fikrət də daxil olmaqla bizim ədəbi nəsli gözü götürməyənlər yazırdılar. Indi isə vəziyyət yalnız bu mənada dəyişib ki, bu saat Yazıçılar Birliyinə rəhbərlik edənlər həmin üsluba yaxşıca yiyələnib və elə o vaxtkı əzm və rəşadətlə bizim keçmiş ümumi düşmənlərimizin “zəngin və mənalı” yaradıcılıq yolunu can-başla davam etdirirlər.
Mənəvi yaddaşını itirənlərin labüd sonluğu həmişə belə olub. Əgər belə olmasaydı, haqqında danışdığımız məqalənin müəllifi mənim barəmdə büsbütün sovet üslubunda uydurduğu məkrli yalanlarla ictimai fikri çaşdırmağa bu qədər cani-dildən cəhd göstərmək təşəbbüsündə bulunmazdı.
Buna mənim heç bir şübhəm yoxdur ki, Fikrətin bu yazısı təkcə onun öz yazısı deyil. Yazı kollektiv zəkanın məhsuludur. Ancaq ola da bilər ki, bu məqalə Fikrət Qocanın özündən yuxarıda oturanlara yaxşıca yarınmaq niyyətindən doğan qurultayqabağı fövqəladə psixoloji ovqatının növbəti vulkanik püskürməsidir.
Məqalənin nə dərəcədə saxta olduğunu kimsəyə sübut etməyə ehtiyac yoxdur. Çünki məqalə müəllifinin özü təpədən-dırnağacan saxtadır və onun bu saxta vücudu yazıdakı hər sözün, hər cümlənin arxasında bütün çılpaqlığı ilə açıq-aşkar görünür. Və bu qəribə vücud bizim beynimizə, şürumuza olduqca qəribə fikirlər yeritməyə çalışır.
Məsələn, vücud deyir ki, 20 il eyni vəzifədə oturmaq və 5-6 ayrı hakimiyyətin hər birinə eyni sədaqətlə xidmət etmək, sən demə, siyasi büqəlamunluğun, ictimai mövqesizliyin və mənəvi simasızlığın hamıya məlum olan göstəricisi deyilmiş. Əksinə, çox böyük igidlik və fədakarlıq nümunəsi imiş. Və bu igidliyi, fədakırlığı göstərməyin fərmanı Yazıçılar Birliyinin bütün 80 illik fəaliyyəti boyunca, nəhayət 20-25 il bundan əvvəl Allahın öz əmri ilə Anarın və Fikrətin adına yazılıbmış. Və sən demə, əgər bu adamlar illər boyu bu vəzifədə oturmasaydılar, Azərbaycan ədəbiyyatı büsbütün məhv olub gedəcəkdi. Belə ədəbiyyatın vay halına! Və mənim də vay halıma ki, Əylisdə rahatca oturub öz işimlə məşğul olmaq əvəzinə bu sayaq xəstə düşüncə sahiblərinin təmənnalı sayıqlamalarına cavab vermək məcburiyyətində qalmışam.
Fikrət Qoca məni Yazıçılar Birliyinə dönüklükdə ittiham edir. Kişidə məntiqə bax: sən demə, sovetdən, “KQB”dən qalma qondarma bir quruma ömür boyu sədaqət göstərmək mənim bir yazıçı olaraq ən ümdə niyyətim və ali məqsədim olmalı imiş. Qəzetiniz vasitəsilə Fikrət Qocaya əvvəla onu demək istərdim ki, əgər mən Yazıçılar Birliyinə dönük çıxmasaydım, indi sən orada işləmirdin. Axı orada səndən qabaq mən işləmişəm. Və indi sən bir vaxt mənim bir çürük alma kimi dişləyib tulladığım vəzifədən yapışıb ondan heç bir vəchlə qopmaq istəmirsən. Və məhz bu cılız ehtirasınla da sən hələ əli təzə-təzə qələm tutan cavan yazıçıya eşşək kəlləsi boyda yumruq göstərməyi amansız və əxlaqsızcasına özünə rəva bilirsən.
Məni təcili sürətdə “müxalifətin qoltuğuna” dürtməyə faydasız səy göstərirsən. Haqqımda danosvari nağıllar uydurub altdan-altdan yuxarıda oturanların hüzuruna ötürürsən. Ancaq özün də yaxşı bilirsən ki, mən heç vaxt heç kimin qoltuğuna sığınmamışam. Dövlətdən hər nə almışamsa, onu yalnız öz ağlımın və əməyimin sayəsində almışam. Mən layiq olmadığım heç nəyə heç vaxt əl uzatmamışam. Və tutduğum bütün vəzifələrdən öz xoşumla getmişəm ki, bu vəzifənin verdiyi imtiyaz məni öz varlığımdan ayıra bilməsin.
Indi sən utanıb-çəkinmədən yazırsan ki, sənin orden-medal payın mənimkindən bir xeyli az olub. Bunu sən söz yox ki, yuxarıda oturanları duyuq salmaq üçün yazırsan. Ancaq məncə, nahaq tələsirsən. Çoxdan arzusunda olduğun o ordeni sən gec-tez hökmən alacaqsan. Hər halda mən buna tam arxayınam ki, sən o ordeni ələ keçirməmiş Yazıçılar Birliyindən heç cür əl çəkən deyilsən.
Deyirsən: Haçansa, Əkrəm Əylisli Rəsul Rzanın yerinə SSRI Yazıçılar Ittifaqının Idarə Heyətinə üzv seçilib. Bəs, niyə məhz Rəsul Rzanın yerinə? O vaxt mənim yaşım sənin indiki yaşından təxminən üç dəfə az olsa da, axı mən elə o zaman da bütün ölkə miqyasında sayılan-seçilən yazıçılardan biri idim. Və adım o dövrün ən məşhur yazıçılarının siyahısında - Belovun, Rasputinin, Şukşinin, Çingiz Aytmatovun, Hrant Matevosyanın, Nodar Dumbadzeni adı ilə bir sırada çəkilirdi. Indi sən hansı məntiqlə deyirsən ki, mənim bir ordenim səninkindən artıq olub? Bəlkə mənim ədəbiyyatdakı xidmətlərim də səninkindən bir az artıqdır? Amma sən söz yox ki, başqa fikirdəsən. Hər halda çox sağ ol ki, məni tərbiyə eləmək və düz yola çəkmək üçün yazdığın məqalədə mənim də azdan-çoxdan yazıçı olmağımı böyük alicənablıqla qeyd etmisən. Yoxsa bunu səndən və Anardan savayı bu öləkədə yəqin ki, heç kəs bilməyəcəkdi.
Fikrət Qocanın məqaləsində mənə qarşı irəli sürülən digər ittihamlara cavab verməyi lazım bilmirəm. Çünki bu ittihamların heç birinin tənqidə tab gətirə biləcək canı yoxdur. Dediklərimə yalnız bunu əlavə etmək istəyirəm ki, mən hələ 1991-ci ilin fevral ayında AYB üzvlüyündən azad olunmaq barədə birlik rəhbərliyinə ərizə ilə müraciət etmişəm. Və həmin tarixdən etibarən özümü bu təsisatın üzvü saymamışam. Onun heç bir tədbirinə qatılmamışam. BIRINCISI, Anar tərəfindən mərhum prezidentimizə təqdim olunan yeni üzvlük vəsiqəsinin mən hələ buçağacan heç üzünü də görməmişəm. Elə isə AYB-nin bu son 20 ildə mənə göstərdiyi böyük qayğı və rəğbətdən bu qədər səxavətlə danışan Fikrət Qocadan bundan sonra hər hansı doğru söz eşitməyə ümid bəsləməyin nə mənası var?
Mən Fikrəti Anardan xeyli əvvəl tanımışam. Hələ Anardan da qabaq onunla illər boyu dostluq eləmişəm. Bizi bir-birimizdən bəlkə də, heç nə ayıra bilməzdi. Ancaq mənim bu iki köhnə dostumun vəzifə başında büs-bütün dəyişməyi bizi bir-birimizdən həmişəlik ayıra bildi. Bizi bir-birimizdən bir də, zaman ayırdı. Və elə ayırdı ki, bir daha birləşməyə ümid yeri qalmadı.
Indi biz nəinki ayrı-ayrı mənəvi formasiyalarda yaşayırıq, hərdən mənə elə gəlir ki, hətta biz bir-birindən tamamilə fərqli olan ölkələrdə, fərqli rejimlərdə, tamamilə fərqli əxlaqi və siyasi mühitdə yaşayırıq. Nə etməli, görünür, belə olmalı imiş. Hər halda Fikrət Qocadan uzaqlaşmağım məni zərrə qədər də narahat etmir.
Söhbəti buradaca bitirirəm. Başqa nə deyim sizə?..
ƏYLISDƏN PƏRVIZƏ SALAM OLSUN!

1117 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024