Elçin Hüseynbəyli: “Qismətin idealı Rəşad Məciddirsə...“ - CAVAB

Elçin Hüseynbəyli: “Qismətin idealı Rəşad Məciddirsə...“   - CAVAB
7 iyul 2011
# 12:37
Gənc yazar Qismət Kulis.az-a müsahibəsində “Ulduz” jurnalı və onun baş redaktoru Elçin Hüseynbəyli barədə bəzi fikirlər söyləmişdi. Qarşı tərəfin də onun dedikləri ilə bağlı fikirlərini verməyi lazım bildik.

- Qismət deyib ki, “Ulduz” jurnalında yeniləşməyə ehtiyac var?

- Ümumən Azərbaycan ədəbiyyatında yeniləşməyə ehtiyac var, jurnalda yox.

- “Ulduz” jurnalının Azərbaycan ədəbiyyatına təsir qüvvəsinin olmadığını deyir. Sitat: “Düzdür, nə yazsan Elçin Hüseynbəyli çap edir, amma o jurnalın Azərbaycan ədəbi mühitində təsir qüvvəsi nə dərəcədədir ki, orda çap olunmaq istəyəsən”?

- Bu zamanda ədəbiyyatın cəmiyyətə təsir qüvvəsi çoo..x aşağıdır. Rusiya kimi ölkədə jurnallar ən uzağı 3000 tirajla çıxır. Azərbaycan kimi kiçik ölkədə jurnal 500 tirajla çıxır. Hesab etmirəm ki, 500 tirajla çıxan jurnalda elə yazılar vermək olar ki, böyük populyarlıq qazansın, yaxud cəmiyyətə təsir göstərə bilsin. Dünya üzrə kağız çapının təsir qüvvəsi aşağı düşüb.

- Deyir Elçin Hüseynbəyli jurnalı idarə edə bilmir, çünki çağdaş ədəbiyyatı duymur?

- Düşünürəm ki, Qismət belə deməkdə bir az haqlıdır, çünki onun yeni çıxan kitabı barədə onu darmadağın edə bilən bir yazı gətirmişdilər mən çap eləmədim. Düşündüm ki, gəncdir bu yazı onu həvəsdən sala bilər. Yəqin çağdaşlığı duymur deyəndə onu nəzərdə tutub. Mən Moskva Dövlət Universitetini bitirmişəm “Odlar yurdu”nu yox, köhnə və yeni ədəbiyyatın nə olduğunu da yaxşı bilirəm.

- Qismətin fikrinə görə, “Ulduz” jurnalına yaşı 35-ə qədər olan gənclər rəhbərlik etməlidir, sizin artıq 50 yaşınız var köhnəlmisiniz?

- Azərbaycan mühitində bu saat hər sahədə belə bir iddia var, amma bu mənada Qismət tələsməsin. Mən özüm “Ulduz” jurnalına gələndə 43 yaşım vardı. Hələ bir 20 il gözləsin ki, bəlkə jurnala gələ bilər. İndiki cavanlar prinsipiallıqla köhnə fikirliliyi səhv salırlar. Prinsipiallıq köhnə fikirli olmaq deyil, sadəcə xarakterik xüsusiyyətdir.

- AYB-nə sədrliyinə namizədliyiniz barədə suala belə cavab verib: “Jurnala necə rəhbərlik edə bildi ki, Elçin Hüseynbəyli, indi də AYB rəhbəri ola bilə”?

- Mən kifayət qədər sərt, lazım gələndə mülayim ola bilən adamam. Demokratik prinsiplərlə də jurnalı idarə edirəm, alternativ variant qarşıma qoyula bilməz. Ümumiyyətlə, Qismət o müsahibəsində yaşından və qabiliyyətindən yuxarı səviyyədə görünməyə çalışıb, bilmirəm bu haqqı ona kim verib, amma adam bir az ağır olar. Ağır otur, batman gəl, Qismət. O ki, qaldı onun AYB sədrliyinə hansı namizədə səs verməyinə, təbii ki, bu onun haqqıdır. Qismətin idealı Rəşad Məciddirsə, mən nə deyə bilərəm, seçimində azaddır.

- Yəqin ki, belə şeylərə baş qoşmaqdan çox işinizlə məşğul olmağa üstünlük verərsiniz. Eşitdim yaradıcılığınızda yeniliklər var?

- Türkiyədə hekayələr toplum işıq üzü görüb. Çevirənləri İmdat Afşar, Ömər Küçük Məhmətoğludur. 186 səhifədən ibarət 23 hekayə toplanıb, 3000 nüsxədir. Avraasiya Yazarlar Birliyinin dəstəyi ilə çap olunub. 50 illiyim ərəfəsində bir-neçə kitabım çap olunacaq.

- Baş Teatra verdiyiniz pyesin taleyi necə oldu?

- Mənə elə gəlir ki, kimlərsə Azərbaycan teatr islahatı proqramının həyata keçirilməsinə kölgə salır. Hər haldı bir futbol klubuna məşqçi gətirəndə onun xidmətləri nəzərə alınır. Mənə elə gəlir teatra rəhbər qoyulanda da bu nüans nəzərə alınmalıdır.s

Ramilə QURBANLI
# 1640 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #