“Çaykovski homoseksualdr, amma biz onu buna görə sevmirik.“
Rusiya kinematoqrafları məhşur rus bəstəkarı Pyotr İliş Çaykovski haqqında film çəkməyə hazırlaşdığı ərəfədə Rusiyanın indiki prezidenti Vladimr Putin qəribə bir bəyanatla çıxış etdi: “Baxın, deyirlər ki, Petr İliç Çaykovski homoseksual olub. Düzdür, biz onu buna görə sevmirik. O dahi musiqiçi olub və biz onu musiqilərinə görə sevirik. Hə nə olsun? Milçəkdən fil düzəltmək lazım deyil, burada qorxulu heç nə yoxdur.”
Eyni zamanda bu ilin avqust ayında Çaykovski haqqında çəkiləcək filmin ssenaristi Yuriya Arabova da müsahibəsində bu məqama toxunmuşdu: “ Çaykovskinin əsərlərində homoselsuallıq hiss edilir. Həmçinin gəncliyində də bəstəkar haqqında homoseksuallığı barədə şaiyələr gəzirmiş”.
Bütün bu şaiyələr Azərbaycan mətbuatında işıqlandırıldığı üçün Çaykovski haqqında araşdırma aparmağa qərar verdik
“Görürsünüz sevimli dostum, mən təzadlarda ibarət bir insanam və heç bir pozitiv hadisəyə söykənmədən, narahat ruhumu din, ya da fəlsəfə ilə sakitləşdirmədən, çox yetkin bir yaşa çatdım. Şübhəsiz ki, musiqi olmasa ağlımı itirə bilərdim!”
1840-cı il, 7 may sabahı Moskvanın qərbindəki Votkinsk qəsəbəsində bir oğlan uşağı dünyaya gəlir. Mədənə rəhbərlik edən hərbi mühəndis İlya Petroviç Çaykovski və Aleksandra Anderyevna oğlanlarına Pyotr İliç adını verirlər. Uşaqlıq illərini bu mədənçilik şəhərində keçirən Pyotr dörd yaşındaykən, böyük qardaşı Nikolaya pianino dərsi demək üçün tutulan fransız dayədən notları öyrənməyə başlayır.
Artıq altı yaşında fransızca və almanca danışa bilən Pyotrun musiqiyə olan həvəsini və qabiliyyətini atası hiss etsə də normal bir peşəyə sahib olması üçün on yaşındakı oğlunu Sankt Peterburqdakı Ticarət Məktəbinə göndərir. Ailəsindən uzaq, tək yaşamaq Pyotr üçün çox çətin olur. İllər sonra, ailəsiz qalmağa öyrəşdiyi vaxtlarda anasını vəba xəstəliyindən dünyasını dəyişməsi 14 yaşlı yeniyetmə üçün çox çətin olur. Dərin depressiya keçirən Pyotrun o günlərdə anası üçün bir musiqi əsəri bəstələdiyi ehtimal edilir
“Musiqi həqiqətən də, Tanrının qaranlıqda amansızcasına gəzişən insanlığa töhfə etdiyi bütün hədiyyələr arasında ən gözəlidir”
Atası məcbur etdiyi üçün təhsilə davam edən Pyotr, on səkkiz yaşında məktəbi bitirir və dörd il dövlət məmuru kimi çalışır. Peşəsinə marağı olmayan gənc, iyirmi yaşına çatanda Çar II Aleksandrın himayəsində fəaliyyət göstərən, Sankt Peterburq Musiqi Akademiyasında təhsil almağa başlayır. İki illik təhsil müddətində musiqinin sehirli aləminin sirlərini, bəstəkarlığın texnikasını öyrənən, Rusiya musiqi dünyası ilə tanış olan Pyotr artıq geri dönmək mümkün olmayan bir yola qədəm qoyur. Akademiyada müəllimi olan pianist, bəstəkar və orkestr rəhbəri Anton Rubinsteyn Pyotra dəstək olmaqda davam edir və Moskvada yaşayan qardaşı Nikalayı razı salıb onun Moskva Konservatoriyasında müəllimlik etməsinə kömək edir.
Maaşı az olsa da, konservatoriya işə düzəlməsi və həmin illərdə kiçik bir bəstəsinin Ştraus (oğul) tərəfindən konsertdə ifa olunması, Çaykovskiyə o dönəmdə ən çox ehtiyac hiss etdiyi inam duyğusunu qazandırır. Bethoven, Brahms və Şumanın əsərlərinə heyran olan gənc bəstəkar yavaş-yavaş öz üslubunu yaratmağa çalışır. Bir tərəfdən də xüsusi dərslərlə, musiqi tənqidçiliyi ilə qazandığı pullarla xaricə səfərlər etməyə başlayır.
“Keçmişə peşmanlıqla, gələcəyə ümidlə baxmaq və indiki zamanla əsla razılaşmamaq; bax mən bütün həyatımı belə yaşayıram”
1867-ci ildə Sant Peterburqda Rubinsteyn sarayda pianist və orkestr rəhbərliyi vəzifəsini Balakirevə təhvil verir. Gələcəkdə rus beşliyi olaraq xatırlanacaq Balakirev, Çezar Çui, Modest Mussorgski, Rimski-Korsakov və Aleksandr Borodin ilə Moskvada yaşayan Çaykovski artıq tanış olmuşdular. Qərbləşmə prosesində yalnız klassik qərb musiqi texnikasına önəm verilməsinə çalışan Rubinsteyn getmiş, klassik musiqini rus nəğmələri ilə sintez etməyi qarşısına məqsəd qoyan yeni bir nəsil yetişmişdi. Çaykovski də mistik bir ruh daşıyan romantik bal əsərləri ilə və rus xalq musiqisindən təsirlənərək yaratdığı bəstələrlə qısa müddətdə qərb dünyasının diqqətini çəkəcə bilir
Çaykovskinin ilk böyük əsəri 1874-75-ci illərdə bəstələdiyi “I Pianino konserto”sudur. Bəstəni tamamlayanda əsərini həyəcanla Nikolay Rubinsteyn və dostları üçün ifa edir. Təəssüf ki, sərt tənqidlərlə qarşılaşır. Nikolay əslində özünə yaxın saydığı bəstəkara bu əsərin ifa edilməsinin mümkün olmadığını, müxtəlif partiyaların yenidən yazılmalı olduğunu bildirir. Tələb etdiyi dəyişikliklər qısa müddətdə tamamlanarsa, bu konsertonu konsertlərindən birində ifa etməyə söz verir. Amma Çaykovski geri çəkilmir, “Bircə notu da dəyişdirmək fikrim yoxdur, əsərimi bu formada yayınlayıram” deyir. 1875-ci ilin noyabr ayında əsərin dünya primyerası Bostonda təşkil olunur. Nikolay Rubinsteyn isə illər sonra kitablarının birində Çaykovskidən “dahi bəstəkar” deyə bəhs edir.
“Yaradılış, qeyri-adi bir güc və sürətlə kök salan musiqi kimidir.”
Çox həssas bir uşaqlıq keçirən Çaykovski uzun müddət özünü gizlətsə də ehtiraslı bir homeseksual olub. O illərdə rus toplumunda bu seçimlər qəti olaraq xoş qarşılanmadığı üçün şəxsi həyatını gizlətmək istəyən Çaykovski, ona durmadan eşq məktubları yazan keçmiş tələbəsi olan bir xanımla evlənməyə qərar verir. Çaykovski otuz yeddi yaşında olarkən ailələr arasında keçirilən kiçik bir mərasimdə evlənən cütlüyün evliliyi çox uzun sürmür. Antonina Milyukova ilə evliliyinin səhv bir addım olduğunu başa düşən Çaykovski xanımından boşanmasa da, toydan üç ay keməmiş ondan ayrı yaşamağa başlayır. Çox sevdiyi balaca bacısı Modestə yazdığı məktubda psixaloji vəziyyətini belə ifadə edir:
“Uzun müddətdir ki, dəliliyin sərhəddində olduğumu indi başa düşürəm. May ayında Antonina ilə evlənməyi beyninə salan, iyun ayında heç nə olmamış kimi oturub bir opera bəstələyən, iyul ayında evlənib, sentyabr olmamış arvadından qaçan, sonrada Romaya sığınan o odam mən deyildim, başqa Pyotr İliçdir yəqin ki.”
Bir neçə il keçəndən sonra böyük bacısı Aleksandraya yazdığı bir məktubda aşağıdakı fikirləri qeyd edir: “Onun yaxşı bir həyat yoldaşı və dost olmaq cəhdlərini hiss edirəm...axtardığımı tapa bilməməyimin səbəbi o deyil.” Ömür boyu boşanmayan cütlük, yazışmalarla münasibətlərini davam etdirirlər. Antonina öz xatirələrində yazır : “Heç kəs, heç bir adam Pyotru bu baş verənlərdə günahkar hesab edə bilməz.”
Şəxsi həyatında eniş-yoxuşlar çox olan Çaykovski, ən füsunkar bəstələrindən biri olan “Qu gölü” baletini otuz altı yaşında tamamlayır və bu möhtəşəm əsər ilk dəfə 1877-ci ildə Moskvada “Böyük Teatr”da səhnələşdirilir. “Böyük Teatr” o gündən sonra hər il bu əsəri səhnələşdirir.
“Pianinonun qarşısında hər sabah heç çaşmadan düz saat doqquzda otururam. İlham pərilərim də görüşə vaxtında gəlməyi artıq öyrəniblər.”
Çaykovskinin həyatında anasından sonra gələn ən önəmli qadın Nadejda fon Merck olub. Əsilzadə bir rus ailəsindən olan Nadejda, Baltik əsilli alman olan ərinin mühəndislik bacarığı hesabına Rusiyada dəmir yolları inşa edərək çox zəngin olmağı bacarmışdı. Ərinin ölümündən sonra evində inzivaya çəkilən Nadejda dövrün məhşur musiqiçiləri Nikolay Rubinsteyn, Klavdiya Debussi və Çaykovskini himayəyə götürür. 1877- 1890-cı illər arasında, düz 14 il Çaykovskiyə böyük maddi dəstək verən Nadejda bəstəkarın heç bir çətinliyi olmadan səyahət etməsinə, arzuladığı kimi bəstəkarlıq etməsinə maddi imkan yaratmışdı. O dövrlərdə həm Rusiyada, həm də Avropada bu xüsusiyyətlərə malik ikinci bəstəkar hardasa, yox idi.
Bu münasibət hər iki tərəfin razılığı ilə, heç bir zaman birlikdə olmadan təxminən 1100 məktubun yazıldığı güclü bir ruh bağlılığına çevrilmiş, hər ikisi də bütün duyğu və düşüncələrini, xəyallarını, peşmançılıqlarını bir-birinə ifadə etməkdən çəkinməmişdilər.
Məsələn, iş həyatının bütün çətinliklərinə baxmayaraq on üç övlad dünyaya gətirən və on birini böyütməyi bacaran, hamısını ciddi disiplinlə böyüdən Nadejda bir məktubunda yazır: “Şəxsi münasibətlərimdə simpatik ola bilmirəm, düzü şəxsiyyətimdə qadınlıq yoxdur, incə və mərhəmətli olmamışam heç vaxt. Bu xüsusiyyətim mənə yəqin ki, ailəmdən keçib. Daima duyğusal təsirdən qorxub, həssas olmaqdan qaçdıq. Başqa cür desəm, hər zaman kişicəsinə, iki dost kimi davrandıq.”
“İlham, tənbəlləri özxoşuna ziyarət etməyən bir qonaqdır.”
Nadejda fon Merckin dəstəyindən istifadə edən Çaykovski Rusiyanın müxtəlif yerlərində yaşayan ailə üzvlərini tez-tez görməyə getmiş, çox yaxın olduğu bacısı Modest ilə dəfələrlə Avropanın mərkəzlərini dolaşmışdır. Romada, Parisdə və digər sənət mərkəzlərində Motsartın bəstələrindən, Rossinin, Verdinin görkəmli opera əsərlərindən təsirlənmiş, rəqabət ruhu ilə öz musiqisini bu istiqamətdə inkişaf etdirmişdir. Uzun illər köçəri həyat yaşadıqdan sonra ilk dəfə qırx dörd yaşında bir ev alıb, onu sadə şəkildə bəzəmiş və proqramlı bir həyat qurmuşdur. Klassik qərb musiqisinin bəyənilmədiyi Osmanlı torpaqlarına səfərə çıxan Çaykovski, 1886-cı ildə Trabzonda və İstanbulda, 1889-cu ildə isə İstanbula və İzmirə səfər edib.
1884-cü ildə Çar III Aleksandr tərəfindən xüsusi nişanla mükafatlandırılan Çaykovski cəmiyyətdə nüfuzunu bərpa edib, dalbadal bəstələr yazmağa davam edir. Ən tanınan əsərlərindən olan “Yatmış gözəl” baleti ilk dəfə 1890-cı ildə Sankt Peterburqun Mariinskiy Teatrnda səhnəyə qoyulur və bəyənilir.
Eyni zamanda Sankt Peterburqun Mariinski teatrnda ilk dəfə 1892-ci ildə səhnəşəşdirilən “Şelkunçik” baleti bir müddət unudulduqdan sonara, xüsusilə son əlli ildir qərb dünyasında yeni il ərəfəsində səhnələşdirilir. Həyatının son illərində dünyanın hər yerində hörmət görən bəstəkar, 1891-ci ildə Nyu Yorkun məhşur “Karnegi Hall” konsert salonunda orkestr üçün dirijorluq etmiş, 1893-cü ildə isə Kembirc Universitetinin fəxri doktoru adına layiq görülmüşdü.
Hər zaman özünə qapanmış həssas sənətkar heç kəsin gözləmədiyi bir anda, özündən sonra minlərlə məktub, yüzlərlə əsər qoyaraq altı noyabr 1893-cü ildə dünyadan köçür. Ölüm səbəbi bu günə qədər bilinmir. Ayrı yaşadığı, amma boşanmadığı və mirasından pay ayırdığı həyat yoldaşı Çaykovskinin ölümündən sonra depressiyaya düşür. Çaykovskinin qardaşlarından dəstək görsə də, qısa müddət sonra o da dünyasını dəyişir.
Çaykovskinin yaradıcılığı
Çaykovski simfonik konsertlərdə, opera tamaşalarında drijor kimi çıxış edərək böyük müvəffəqiyyət qazanmışdır. Xüsusilə Praqada bəstəkar böyük rəğbətlə qarşılanmışdır. “Orlean qızı”, “Mazepa”, “Qaratoxmaq qadın”, “İolanta” operaları, “Manfred”, V və VI simfoniyaları, “İtalyan kapriççiosu”, “Yatmış gözəl”, “Şelkunçik” baletləri, bir sıra romans və kamera instrumental əsərlər – bəstəkarın tam kamil döründə yazılmış əsərlərdir.
Çaykovskinin simfonik yaradıcılığını onun 6 simfoniyası (1866 - 1893), Şekspirin əsəri əsasında yazdığı “Romeo və Cülyetta” uvertürası (1869), “Qarışqa” (1873), “Françesko da Rimini” (1876), “Manfred” simfoniyası (1855), “Hamlet” fantaziyası (1888) təşkil edir.
Çaykovskinin İtaliya səfərinin təəssüratı ilə yazılmış “İtalyan kapriççiosu” geniş şöhrət qazanmışdır.
Bəstəkar konserto janrı sahəsində də geniş şöhrət qazanmışdır. Fortepiano ilə simfonik orkestr üçün üç konserto, violençel ilə orkestr üçün “Rokoko” mövzusunda variasiyalar, skripka ilə simfonik orkestr üçün konserto yazmışdır.
Opera janrı sahəsində Çaykovski böyük həvəslə işləmişdir. Hələ gənc yaşlarından o, teatra böyük maraq göstərmişdir. “Sərkərdə” (1868), “Undina” (1869). “Dəmirçi Vakula” (1874), “Yevgeni Onegin” (1877 - 1878), “Orlean qızı” (1879), “Mazepa” (1883), “Qaratoxmaq qadın” (1890) operaları məşhurdur. Onun son operası olan “İolanta” 1891 – ci ildə yazılmışdır.
Çaykovskini cəlb edən səhnə əsərlərindən biri də balet idi. Bəstəkarın balet musiqisində simfonik pantomima elementləri geniş inkişaf etmişdir.Onun ilk baleti “Qu gölü” 1876 – cı ildə yazılmışdır. Sonra o, “Yatmış gözəl” (1889) və “Şelkunçik” (1891) baletlərini yazmışdır.
Üç simli kvartet, skripka, violonçel və fortepiano üçün trio, “Florensiya xatirələri” simli sekstet onun kamera instrumental yaradıcılığını təşkil edir.
Bəstəkar həmçinin fortepiano üçün “İlin fəsilləri”, “Uşaq albomu”, “Yumoresko”və s. əsərlərin müəllifidir.
Vokal musiqisi Çaykovski yaradıcılığının əsas sahəsini təşkil edir. Onun “Ürəyimi apar”, “Gün hökm sürür”, “Bu tezliklə unutmaq”, “Tək bir kəlmə”və bir çox romansları məşhurdur.
Bu romanslarda geniş, ehtiraslı hisslər tərənnüm olunur. Onun “Sizi alqışlayıram, meşələr”, “Təmtəraqlı balda”, “Biz səninlə əyləşmişik” romanslarında ifadəli poetik obraz nəzərə çarpır. Çaykovski yaradıcılığının musiqi sənətinin inkişafında, sənətkarların yetişməsində böyük rolu olmuşdur.