Heydər Əliyev Mərkəzinə nadir incəsənət kompozisiyası gətirilir

Heydər Əliyev Mərkəzinə  nadir incəsənət kompozisiyası gətirilir
17 mart 2025
# 16:56

Aprelin 1-dən Heydər Əliyev Mərkəzində daha bir məşhur əsər nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, italiyalı heykəltaraş Lorenso Quinnin nəfis bohem büllurundan və 6500 illik palıd ağacından hazırlanan "Qəlbim sənindir" ("My heart is yours") əsəri Heydər Əliyev Mərkəzində sərgilənəcək.

Əsər nadir incəsənət kompozisiyalarından hesab olunur və kövrəkliyi, zərifliyi təcəssüm etdirir.

Mürəkkəb sayılan "Qəlbim sənindir" əsərinin tamamlanması iki ildən çox vaxt alıb.

Qeyd edək ki, hazırda Heydər Əliyev Mərkəzində Lorenso Quinnin "Təbiətdə tarazlıq" fərdi sərgisi davam edir.

# 298 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #