Dünyadakı ən qədim müştəri şikayəti

Dünyadakı ən qədim müştəri şikayəti
7 aprel 2025
# 11:50

3750 il əvvəl Mesopotamiyalı Nanni adlı şəxs bir tacirdən o qədər narazı qalıb ki, şikayətini gil lövhəyə həkk edib.

Kulis.az xəbər verir ki, bu gil lövhə tarixdə ən qədim müştəri şikayəti hesab olunur.

O zaman müştəri xidməti yox idi. Nanninin yeganə çıxış yolu şikayətini gil lövhəyə həkk edib, xəbərçilər vasitəsilə satıcı Ea-Nasirə göndərmək idi.

Şikayət mətni assirioloq Adolf Leo Oppenheim tərəfindən akkad dilindən tərcümə edilmiş və 1967-ci ildə nəşr olunan “Mesopotamiya məktubları” kitabına daxil edilmişdir.

Şikayət mətni belədir:

"Mis külçələr çox pis idi. Sən onları mənim elçimin qabağına qoyub dedin: "İstəyirsənsə, götür, istəmirsənsə, itil". Pulumu almaq üçün sizə elçilər göndərdim, amma siz onları dəfələrlə əliboş yola saldınız. Bundan sonra külçələri bir-bir seçəcəm".

İraqın Ur şəhərində aparılan arxeoloji qazıntılar zamanı tapılan bu lövhə Ea-Nasirin çoxsaylı şikayət məktublarından yalnız biridir.

# 354 dəfə oxunub

Müəllifin son yazıları

# # #