Azərbaycan filologiyası porno həyat yaşayır

Aqşin Yenisey, yazıçı, şair

Aqşin Yenisey, yazıçı, şair

18 sentyabr 2023
# 09:04

Kulis.az Aqşin Yeniseyin "Yeni kitabxana" adlı yazısını təqdim edir.

Kitabxana "akademik məbəd" olmamalıdır. Alimlik "elmi kahinlik" olmamalıdır. Göydəndüşmə həqiqət anlayışı cəfəngiyyatdır.

Səhərin gözü açılmamış, allah qoymasa, bir şair olaraq, aşiqlik fəlsəfəsinə yenidən bi daldım. Kimdi aşiq?

Suala kişi tayfasını göz yaşlarına qərq edən mövqedən cavab verməyə çalışacağam.

Qadın yeganə varlıqdır ki, bioloji varlıqdan kosmik (evrensel) statusa yüksəlib. "Ana" ilk allahın adıdır. Əhliləşdirəndir. İnsan iti, eşşəyi əhliləşdirib, qadın kişini.

İlk mətni "Gilqamış"ı oxu, qadının kim olduğunu anlayacaqsan.

Mədəniyyətin aşiq kimi təqdim etdiyi kişi kimdir? Gilqamış, Məcnun, Romeo və s.

Hamısı sevib ədəbiyyata təkbaşına düşmüş "eşq sərgərdanları".

Evdəki qadının ən zəhləsi gedən kişi növüdür Məcnun. Niyə?

Məcnun Ana kultuna ziddir. Məcnun, matriarxal Don Kixotdur. Başa çatmaqda olan dövranın son bayquşudur. Məcunundan damazlıq olmaz. Məsələ bitdi.

Amma kitabxanamız sürəkli Məcnunu tirajlayır. Məcnunun akademik ikonası arxasında Azərbaycan filologiyası porno həyat yaşayır.

Kitabxanalarımızı yeniləməliyik!

# 4243 dəfə oxunub

Müəllifin son yazıları

# # #