Aqşin Yeniseyin ƏN ÇOX SEVİLƏN ŞEİRİ

Aqşin Yeniseyin <span style="color:red;">ƏN ÇOX SEVİLƏN ŞEİRİ
5 noyabr 2017
# 14:01

Kulis.az “Bazar oxusu” layihəsindən Aqşin Yeniseyin “Kənd” şeirini təqdim edir.

çaylar axar ağacların içindən, içindən,
quruyarlar budaqlar öz ucundan, ucundan,
quşlar qorxar buludların köçündən, köçündən,
şimşək çaxar göydən qaçar yağışlar, yağışlar.

doluşar ot tayasına sərçələr, sərçələr,
sərçələr ot tayasında gecələr, gecələr,
yorğun sürü axşam kəndə gec gələr, gec gələr,
gün batınca kəndə enər yoxuşlar, yoxuşlar.

gövşəyərək köks ötürər inəklər, inəklər.
boylu gəlin yuyub sərər köynəklər, köynəklər,
süfrə üstə pıçıldaşar bəbəklər, bəbəklər.
sükut çökər, fikrə gedər baxışlar, baxışlar.

səhər günəş qonşu kənddən ucalar, ucalar,
oyanmamış hələ həyət bacalar, bacalar,
sübhdən qalxıb namaz qılar qocalar, qocalar,
diz çökərlər, allah bizi bağışla, bağışla.

Digər yazılar:

Nəriman Həsənzadə “Nə qəribədir”

Zəlimxan Yqub “Yavaş yeri”

Əlisəmid Kür “Kentavr”

Vaqif Bayatlı “Qardaşım ağaclar”

Salam Sarvan “Bağışla, otağim tör-toküntüdü”

Musa Yaqub “Taleyin qisməti”

Ramiz Rövşən “Ayrılıq”

Səməd Vurğun “Mən tələsmirəm...”

Vaqif Səmədoğlu “Əlin sınaydı sanitar”

Ələkbər Salahzadə “Bir də gördün”

Məmməd Rahim “Saldı qara gözlərin”

Bəxtiyar Vahabzadə “Bir salama dəymədi”

Vaqif Bayatlı Odər “Ölümdən sonra başlar şair ömrü”

Eldar Baxış: "Gecənin bir aləmi"

# 20191 dəfə oxunub

Müəllifin son yazıları

# # #