Bred Pitt və Ancelina Colinin sevgi tarixçəsi

Bred Pitt və Ancelina Colinin sevgi tarixçəsi
30 avqust 2014
# 07:30

Mətbuatın nəfəs dərmədən izlədiyi sevgi romanı

Ancelina Coli və Bred Pitt 2004-cü ilin axırında “Mister və Missis Smit” filminin çəkilişlərində tanış oldular. O zaman Bredd Pitt komediya aktrisası Cenifer Enistonla evli idi. Cütlüyün evlilikdən uşağı yox idi. Coli isə iki dəfə evlənib ayrılmışdı. İki uşağı vardı: daha doğrusu üç yaşlı kambodcalı oğlan Meddoksu və ondan daha balaca efiopiyalı qız Zaharanı övladlığa götürmüşdü.

Aktyorlar sevgi macəralarının filmin çəkilişində başladığını heç vaxt rəsmən təsdiqləməsələr də 2005-ci ilin əvvəllərində paparatsilər tərəfindən çəkilmiş şəkildə onlar artıq çəkiliş meydançasında idilər. Bu şəkil mətbuatda onların arasında nələrinsə baş verməsi haqda şübhələrin yaranmasına əsas verirdi. Pitt və Coli bu barədə inadla susurdular. 2005-ci ilin yanvarında Bredin həyat yoldaşı Cenifer ərindən boşandı. Mətbuat o saat boşanmanın səbəbini Colidə gördü. Publikanın simpatiyası zərərçəkən tərəfə-Einstona idi.

Qaynana ilə gərginliklər

Hələ Bred Pittlə Ancelina Coli sevgi yaşadıqlarını etiraf edənədək mətbuat Colinin uşaqlarını övladlığa götürmək üçün Pittin sənəd təqdim etdiyini ortaya çıxardı. Uşaqlar ikili familiya aldılar: Coli-Pitt. Cütlük özü isə Brandcelina kimi təxəllüs qazandı.

2006-cı ildə Coli mətbuata Pittdən hamilə olduğunu dedi və bu artıq Hollivuddakı yeni cütlük haqda ilk rəsmi fakt oldu. Bu hadisədən sonra Bredin boşanma səbəbi haqda KİV “etibarlı mənbələrdən” aldığı məlumatı yazmağa başladı: Pittlə Einstonun nikahı ona görə pozulub ki, Einston aktyora övlad bəxş edə bilməyib. Artıq cütlüyün evlənəcəyinə heç kim şübhə etmirdi. Amma cütlük nikah dəm-dəstgahının onları maraqlandırmadığını bəyan etdi.

Sevgililərin ilk övladı Şaylo Nuvel 2006-cı ildə doğuldu. Sonrakı illərdə Coli və Pittin himayəsinə daha üç uşaq keçdi: 2007-ci ildə Ancelina Vyetnamdan olan Paks Tyen adlı oğlanı övladlığa götürdü, 2008 ci ildə isə vətəndaş nikahında yaşayan cütlüyün özünün əkiz uşaqları doğuldu: Noks və Vivyen.

Bütün müsahibələrində Pitt və Coli jurnalistlərə tamamən xoşbəxt olduqlarını, heç evlənmək barədə düşünmədiklərini söyləyirdilər. Bu tez-tez səslənən “Nə zaman?” sualı onları bezdirəndə Bred standart cavablardan qaçıb maraqlı fikirlər səsləndirirdi, məsələn deyirdi ki, onlar yalnız “dünyadakı bütün homoseksual cütlüklər evlənmək hüququ qazananda” evlənəcəklər.

Pitt və Colinin rəsmi nikahlarının olmamasına baxmayaraq onların həyatında yeni ailə personajı-qaynana da ortaya çıxdı: KİV yazırdı ki, Bredin anası Ceyn Etta Hilhaus oğlunun sevgilisindən xoşlanmır, münasibətlərdə gərginlik var. Qadınlar aşkarca bir-birindən xoşlanmırdılar. Ceyn Bredin Ceniferdən ayrılmasına təəssüflənirdi. Ancelina isə qeyri-rəsmi qaynananın uşaqları tərbiyə metodundan qıcıqlanırdı. Məsələn, Bredin anasını Şaylonun oğlan kimi geyinməsi narahat edirdi. Qadın uşağın gələcəkdə qeyri-ənənəvi seksual orientasiya qazanacağından qorxurdu. Colinin onun “köhnə fikirlərinə” dözməkdən başqa çarəsi qalmırdı.

“Xəstəlikdə və sağlıqda”

2013-cü Ancelina Coli mətbuata profilaktik mastektomiya əməliyyatı keçirdiyini elan etdi. O, süd vəzilərini cərrahi əməliyyatla götürtmək qərarına gəlir. Həkimlərin rəyinə görə aktrisada süd vəzi xərçənginin olması riski yüksək idi. Aktrisa onu da bildirdi ki, onkoloji xəstəliyə tutulma ehtimalından qaçmaq üçün gələcəkdə yumurtalıqlarını da götürtmək fikri var. Colinin anası yumurtalıq xərçəngi ilə uzun mübarizədən sonra 2007-ci ildə 56 yaşında vəfat etmişdi.

Bred Pitt sevgilisinin qərarını dəstəklədi, onu cəsur qadın adlandırdı. Coli cərrahiyyə əməliyyatı fikrinə getmək qərarını belə açıqladı: “Düşündüm ki, ciddi bir xəstəlik keçirsəm və ölsəm uşaqlarım yetim qalacaq.”

Çətin ki, bu günlərdə keçirdikləri nikahdan sonra cütlük müsahibə verib niyə uzun müddətdən sonra onsuz da möhkəm olan ailə bağlarını rəsmiləşdirmək qərarına gəldiklərini söyləsinlər. Amma “Brancelina”nı mehraba uşaqların gətirdiyi artıq məlumdur. Sözün həm hərfi, həm də məcazi mənasında...

Lenta.ru

# 4692 dəfə oxunub

Müəllifin son yazıları

# # #