Aktrisanın öpüşü İranı qəzəbləndirdi

Aktrisanın öpüşü İranı qəzəbləndirdi
19 may 2014
# 16:28

İran höküməti iranlı aktrisa Leyla Hatəminin davranışından hiddətlənib. Bu barədə kulis.az gazeta.ru-ya istinadən xəbər verir.

Kann festivalının açılışında Leyla Hatəmi kinofestivalın prezidenti 83 yaşlı Jilka Kakobun yanağından öpüb. İranın mədəniyyət naziri Hüseyn Nüsxabadi bu hərəkləti “müdriklik və məsumluq simvolu olan” İran qadınının nüfuzunu tapdalamaq adlandırıb.

Nüsxabadinin sözlərinə görə, Hatəminin festivaldakı bu “nalayiq hərəkəti” islamın qaydalarına ziddir.

Xatırladaq ki, Leyla Hatəmi İranda yaşayır və bu il Kann festivalının münsiflər heyətinə daxil olub. İranın şəriət qaydalarına görə, qadın ailəsindən kənar heç bir kişi ilə heç bir fiziki təmasda ola bilməz.

# 3639 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #