“Günay” teatr- studiyası festivaldan Qran-Pri ilə döndü      

“Günay” teatr- studiyası festivaldan Qran-Pri ilə döndü      
22 iyul 2013
# 16:50

“Günay” teatr- studiyası festivaldan Qran-Pri ilə döndü

Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr studiyası 13-cü Beynəlxalq “Balaton – İncəsənət- Gənclik” festivalından 3 Qran Pri ilə Vətənə dönüblər.

Kulis.az-ın teatrın Mətbuat şöbəsinə istinadən verdiyi xəbərə görə, Macarıstanda keçirilən bu festivalda Rusiya, Polşa, Bolqarıstan, Ukrayna, Ermənistan, Yakutiya iştirak edirmiş. Teatr üzrə festivalın fəxri kubok və Qran Pri nominasiyasına “Günay” teatr studiyasının Andersanın əsəri əsasında hazırladığı “ Rusalka” tamaşası təltif olunub. Tamaşada əsas rollarda Rusaloçka-Murşudova Leyla, Prins-Rzayeva Lalə, Dəniz İfritəsi - Leyla Yusubova iştirak edib.

Hacıbaba Məmmədovun quruluş verdiyi Səbinə Məmmədovanın ifasında “ Xeyrin Doğuluşu” rəqsi Qran Pri ilə təltif olundu. Milli rəqslər üzrə Leyla Yusubovanın ifasında “Turacı” və özbək rəqsi olan “Qara göz” rəqsi Qızıl medal qazanıb.

Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr studiyasının Rəhbəri Larisa Tarusova isə festivalın fəxri diplomu ilə təltif edilib.

# 1949 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #