Ancelina Colinin gəlinliyini uşaqları fikirləşib

Ancelina Colinin gəlinliyini uşaqları fikirləşib
3 sentyabr 2014
# 11:42

İlin ən maraq doğuran nikahının – Ancelina Coli və Bred Pittin nikahının təfərrüatları açıqlanıb. Kulis.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə “People” jurnalı Ancelina Colinin nikah mərasimində geyindiyi gəlinliyin şəklini çap edib.

Jurnalın yazdığına görə, toy paltarı cütlüyün Versace Atelierdən olan dostu Luci Massi tərəfindən hazırlanıb. Onun ideyası Coli və Pittin uşaqlarının rəsmləri əsasında meydana gəlib.

Xatırladaq ki, uşaqlar mərasimdə iştirak etmişdi: 13 yaşlı Meddoksla 10 yaşlı Paks analarını mehraba aparıb, 8 yaşlı Şaylo ilə 6 yaşlı Noks bəylə gəlinə üzükləri təqdim edib. Bundan başqa uşaqlar Coliyə ilə Pittə nikah andının mətnini yazmaqda kömək edib.

Bəyin geyiminə gələndə o, hətta uşaqlarından kirayə aldığı qalstuku da taxmağı unudub.

Bir tərəfdən də nikahın qanunsuz sayıla bilməsi məsələsi gündəmə gəlib. Avqustun 24-də fransız qəsrində baş tutan nikaha lisenziyanı Pitt və Coli Kaliforniya ştatında alıblar. Amerika qanunvericiliyinin tələblərinə görə nikahda kaliforniyalı hakimin iştirakı izdivacı legitim saymaq üçün kifayət deyil. Hüquqşünaslar cütlüyə Kaliforniyada qeydiyyatdan keçməyi məsləhət görürlər.

# 1727 dəfə oxunub

Müəllifin son yazıları

# # #