Moskvada "Yeni Avropa Teatrı" festivalı keçirlir

Moskvada "Yeni Avropa Teatrı" festivalı keçirlir
21 noyabr 2013
# 11:43

Noyabrın 18-də Moskvada 15-ci NET (“Novıy Evropeyskiy Teatr”) “Yeni Avropa Teatrı” festivalı açılıb. Kulis.az-ın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, dekabrın əvvəlinədək davam edəcək festivalda Avropa ölkələrindən olan onlarla teatr qatılacaq. Bu ilki festival “tamaşadan performansa” devizi ilə keçirilir. Festival məşhur İsveçrəli rejissor Kristof Martalerin “King size” adlı tamaşası ilə öz işinə başalayıb. Xəbərdə “Yeni Avropa Teatrı”nda çoxlu sayda radikal rejissorların tamaşalarının olacağı deyilir. NET-in proqramında xeyli sərt səhnə hadisələri görmək mümkün olacaq. Məsələn “NO99” adlı eston teatrının “Pedoqoji poema” tamaşası fransız rejissor Paskal Ramberin tamamən qaranlıqda oynanılan “Momente mori” tamaşası, Avropa rejissorlarının lideri sayılan hollandiyalı İvo van Xovenin “Ailə həyatından səhnələr” tamaşası teatr və aktyor sənəti mövzusuna qroteskli və amansız refleksdir. Həmçinin NET festivalın proqramında rejissor Piter Brukun “Sehrli fleyta” operası da var.

# 1752 dəfə oxunub

Müəllifin son yazıları

# # #