Parislilər “seks-oyuncaq abidəsi”ni uçurublar

Parislilər “seks-oyuncaq abidəsi”ni uçurublar
22 oktyabr 2014
# 10:54

Parisin mərkəzindəki rezin heykəltaraşlıq nümunəsini nəhəng seks oyuncağa oxşadığına görə dağıdılıb. Bu barədə kulis.az mignews.ru-ya istinadən xəbər verir.

Abidənin hündürlüyü 7 metrdən artıqdır. Heykəli amerikalı heykəltaraş Pol Makkarti tərəfindən yaradılıb. Rəssam öz işini “ağac” adlandırıb, onun fikrincə abidə şişirdilmiş küknar ağacı formasındadır.

Amma bir çox parisliyə görə o, seks-oyuncağa oxşayır. Paris sakinləri elə hesab edir ki, bu incəsənət nümunəsi Parisə həqarətdir..

“Seks oyuncaq abidəsi”nə gecə hücum ediblər. Səhər isə “Ağac” abidəsindən yalnız parçalanmış rezinlər qalıb.

Qeyd edək ki, bu abidə 23-26 oktyabrda baş tutacaq müasir incəsənət yarmarkası çərçivəsində Vandom meydanında qoyulub.

Heykəltəraş Makkarti də Parisdə hücuma məruz qalmışdı. O, Vandom meydanında “Ağac” abidəsini quraşdıranda ona hücum edərək üzünə zərbə vurublar.

Ona hücum edənin fikrincə, bu əcnəbilərin Parisdə belə installyasiya etməyə haqqı yoxdur. Hələlik yarmarkanın təşkilatçılarının abid\ni bərpa edib etməyəcəyi məlum deyil.

# 1881 dəfə oxunub

Müəllifin son yazıları

# # #