Teatrda toy edəcəklər...

Teatrda toy edəcəklər...
25 sentyabr 2014
# 15:24

27 və 28 sentyabr tarixlərində Azərbaycan Dövlət Musiqili Teatrında “Qızıl toy” operettasının premyerası olacaq. Teatrdan Kulis.az-a verilən məlumata görə, 105-ci mövsümünün ilk premyerası olan bu əsərin libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımidir. Komediyaya resjissor Yusif Əkbərov quruluş verib.

Rollarda respublikanın əməkdar artistləri Nahidə Orucova (Ballı), Əkbər Əlizadə (Qədir), aktyorlardan Əzizağa Əzizov (Rəhim), Gültac Əlili, Türkel Şabanova (Aygün), Elvin Əliyev, Şaban Cəfərov (Azər), Gülnarə Əzizova (Zuzu), Yuliya Heydərova (Əcnəbi qız), Elməddin Dadaşov (Şoumen), Svetlana Bulax (Turist qadın), Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Elnur Zeynalov (turist oğlanlar) iştirak edirlər.

Müasir zaman üçün aktual olan əsərin əsas qayəsində vətənə məhəbbət dayanır. Tamaşada da məhz bu hisslər aşılanır.

Qeyd edək ki, “Qızıl toy” tamaşanın hazırlığında, təmir və bərpa işlərindən sonra teatrda yaradılmış müasir standartlara cavab verən texnoloji imkanlardan istifadə olunub.

Tamaşanın quruluşşu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Gülnarə İbadova, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva, dirijor Fəxrəddin Atayev, xormeyster Vaqif Məstanov, konsertmeyster Nərminə Əbdürəhmanova, rejissor assistentləri Tamilla Aslanova, Anar Sadıqovdur.

# 1483 dəfə oxunub

Müəllifin son yazıları

# # #