Hollivud ulduzu Robert de Niro “Toni” teatr mükafatının canlı yayımlanan təqdimetmə mərasimindəki çıxışında ABŞ prezidenti Donald Trampı söyməsi ilə yadda qalıb.
Kulis.az-ın verdiyi xəbərə görə, musiqiçi Bryus Sprinqstinə sözügedən mükafatı təqdim etmək üçün səhnəyə çıxan De Niro mikrafona yaxınlaşıb və bunları deyib: “Yalnız bir şey deyəcəm: .... (cəhənnəm olsun) Tramp”
Zalda əyləşən aktyorlar, rejissorlar və prodüserlər onu alqışlayıblar.
Mərasimi canlı yayan CBS telekanalı De Nironun söyüşünü “örtə” bilib.