Azərbaycan filmi beynəlxalq festivalda birinci oldu

Azərbaycan filmi beynəlxalq festivalda birinci oldu
5 noyabr 2014
# 16:46
15-ci İzmir Qısa Film Festivalının mükafatlandırma mərasimi sona çatıb. Kulis.az-ın festivalın rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə "Ən yaxşı xarici film" nominasiyasında Azərbaycan istehsalı-- "Sonuncu (The Last)" filmi "Altın kedi" mükafatı ilə təltif olunub. "Ən yaxşı yerli film" kateqoriyasında Serhat Karaaslan-ın "Dondurma (Ice Cream)" filmi 1-ci yerə çıxıb. Jürinin xüsusi mükafatına Estibaliz Urresolanın "Adri" filmi layiq görülüb. Ən yaxşı animasiya filmi nominasiyasının qalibi "Salkım Söğüt" (Ethem Onur Bilgiç)filmi olub. "Azərbaycanfilm" kinostudiyası ilə "Buta films" şirkətinin birgə çəkdikləri "Sonuncu" bədii filmi 2014-cü ilin mayında 67-ci Kann kinofestivalının əsas proqramına qatılıb. Filmin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmov, baş rolun ifaçısı (veteran rolunda) isə İdris Rüstəmovdur.
# 1890 dəfə oxunub

Müəllifin son yazıları

# # #