“Azdrama” Hüseyn Cavidi niyə təhrif edib?

“Azdrama” Hüseyn Cavidi niyə təhrif edib?
19 fevral 2015
# 20:00

Akademik Milli Dram Teatrının repertuarında Hüseyn Cavidin “Topal Teymur” pyesi əsasında hazırlanmış “Əmir Teymur” tamaşası var.

Tamaşanın rejissoru Mehriban Ələkbərzadə Kulis.az-ın tamaşanın adı ilə bağlı sorğusunu cavablandırıb:

“Sovet dövründə türk kökənli birinin şəxsiyyət olaraq anılması qorxusu var idi. Bu, işin birinci tərəfidir. İkincisi, Hüseyn Cavid məsələyə daha geniş, dünyəvi miqyasda baxırdı və Teymurun türk dünyasına etdiyi qəbahətə görə, ona Topal ləqəbi vermişdi. Zaman keçdi, türkçülərin əməlləri artmadı, əksinə get-gedə azaldı. Ona görə, də Teymur elə Əmir Teymur olaraq qaldı. Cavid Əfəndi düşünürdü ki, zaman keçəcək daha yaxşı olacaq, başqa Teymurlar olacaq, türk dünyası birləşdirəcək. Ona görə ona Topal deyirdi. Bu, məsələyə zamanından baxış idi, amma bugünkü, baxış başqadır. Zaman keçdi, arxivlər eşələndi, tarixçinin yazdıqları araşdırıldı və bəlli oldu ki, Yıldırım Bəzyazid üzərində qələbəsinin türk dünyasına zərbə olduğunu etiraf edib. Bu özü Teymurun böyüklüyüdür. Buna görə ona şah imperator adı yox, ən aşağı ad qoyuldu-Əmir Teymur. Düşünürəm ki, bu, onun üçün etdiyimiz ən az şeydir. Və Cavid öz baxışı ilə də təbii ki haqlı idi. Turana edilən ən kiçik xəta belə yola veriləsi deyildi”.

# 1259 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #