Bakıda Avropa filmləri festivalı başlayır

Bakıda Avropa filmləri festivalı başlayır
23 oktyabr 2013
# 10:48

Bakıda "Avropa filmləri festivalı 2013" keçiriləcək. Kulis.Az-ın xəbərinə görə, ParkCinema” və “MetroPark” kinoteatrlarında baş tutacaq festival oktyabrın 30-dan noyabrın 6-na kimi davam edəcək. Festival çərçivəsində “Dəcəl” (Fransa), “Boşa atılan güllələr” (İtaliya), “Türk dilini yeni öyrənənlər üçün” (Almaniya), “Antiba bir tərəfə bilet” (İsveç), “Üçüncü adam”, “Baronlar” (Hollandiya, Rusiya, Almaniya), “Xəyalların komandası”, “Zaqreb hekayələri” (Xorvatiya), “Qavr”, “Qız və ölüm” (Hollandiya, Rusiya, Almaniya), “Bir! İki! Üç! öl!” (Böyük Briyaniya), “Liza Limone və Marok Oranj: Dəli-divanə Eşq Hekayəsi” (Estoniya), “Atəşli ürək” (Litva) filmləri nümayiş olunacaq. Festivalın proqramına azərbaycanlı rejissor İlqar Nəcəfin “Buta” filmi də daxil edilib.

Biletlər pulsuzdur. Bir adam 2 bilet əldə edə bilər.

Festival Avropa İttifaqının nümayəndəliyi tərəfindən təşkil olunub.

# 2975 dəfə oxunub

Müəllifin son yazıları

# # #