Teatrın bədii rəhbəri həbs olundu

Teatrın bədii rəhbəri həbs olundu
22 avqust 2017
# 17:46

Rusiyanın məşhur teatr və kino rejissoru, “Qoqol teatr mərkəzi”nin bədii rəhbəri Kiril Serebrennikov bu gün xüsusi işlər üzrə İstintaq Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb. Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, onu 2011-2014-cü illərdə “Platforma” adlı layihəyə ayrılan 68 milyon rublu mənimsəməkdə şübhəli bilirlər.

İrəli sürülən ittiham üzrə Serebrennikovu 10 ilədək həbs gözləyə bilər.

Rusiyanın nüfuzlu kino və teatr xadimləri ittihamı qəbul etməyərək rejissorun müdafiəsinə qalxıblar.

# 1663 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #