Rusiya Duması ana söyüşünə nə deyir?

Rusiya Duması ana söyüşünə nə deyir?
22 yanvar 2015
# 12:35

Rusiya Dumasının mədəniyyət komissiyası kinoda senzuradan kənar leksikona icazə verilməsinə qarşıdır. Kulis.az-ın gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu fikri komissiyanın rəhbəri Stanislav Qovoruxin deyib.

“Hakimiyyət qanuna düzəli barədə layihəni Dumaya təqdim edə bilər. Lakin Dumanın reaksiyası aydındır: söyüş qadağası haqda qanun yekdilliklə dəstəklənəcək. Mədəniyyət Komissiyası da birmənalı olaraq kinoda söyüşün olmasına qarşıdır” – deyə Qovoruxin deyib.

"Biz indi onların dediyi prinsiplə getsək, çox uzağa gedərik. əvvəlcə söyüşü kinoya qaytaracağıq, sonra ədəbiyyata, sonra teatra, axırda da dini mövzuda karikaturaya da icazə verəcəyik”- deyə Qoxoruxin şərh verib.

Xatırladaq ki, bundan əvvəl rejissorlar – Nikita Mixalkov, Fyodor Bondarçuk və Karen Şaxnazarov baş nazir Dmitri Medvedyevə söyüş haqda qanun-qadağaya düzəliş olunması təklifi ilə müraciət edib. Mədəniyyət Nazirliyi “Senzuradan kənar” filmləri “18+” məhdudiyyəti ilə prokata buraxmaq barədə düzəlişə yenidən baxmağa razılıq verib.

# 1432 dəfə oxunub

Müəllifin son yazıları

# # #