AXC-nin 100 illiyinə həsr olunmuş müsabiqənin qaliblərini mükafatlandırıb

AXC-nin 100 illiyinə həsr olunmuş müsabiqənin qaliblərini mükafatlandırıb
13 iyun 2018
# 17:30

ABŞ-ın Azərbaycandakı Səfirliyi, “Rəsm” zərgərlik evi, Təhsil Nazirliyinin nəzdində olan Uşaq və Gənclər Mərkəzləri 6 -16 yaşında olan gəncləri ətraf mühit məsələləri barədə maarifləndirmək və istedadları üzə çıxarmaq məqsədilə incəsənət müsabiqəsi keçiriblər.

ABŞ Səfirliyindən APA-ya verilən məlumata görə, müsabiqə iştirakçıları rəsm işlərini istənilən (həm elektron, həm də qeyri-elektron) formatda rəsm işlərini izah edən inşa ilə birlikdə təqdim ediblər.

Təhsil Nazirliyi və “Rəsm” zərgərlik evi ilə birlikdə ABŞ Səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsini icra edən Haydi Smislə birlikdə Azərbaycan Demokratik Respublikasının 100 illiyinə və Yer (Kürəsi) Gününə həsr olunmuş incəsənət müsabiqəsinin qaliblərinə mükafat və sertifikatlar təqdim ediblər.

Müsabiqənin beynəlxalq münsiflər heyəti 500-dən çox incəsənət işini nəzərdən keçirib onların arasından 60-ı seçibdir. Seçilmiş işlər bu gündən başlayaraq 15 iyun tarixinədək 3 nömrəli Uşaq və Gənclər Mərkəzində nümayiş olunur. Sərgiyə giriş ödənişsiz və hamı üçün açıqdır. Seçilmiş işlər ABŞ Səfirliyi və “Rəsm” zərgərlik evinin feysbuk səhifələrində yerləşdiriləcək.

# 1617 dəfə oxunub

Müəllifin son yazıları

# # #