Astrid Lindqren adına ədəbiyyat mükafatı təqdim olundu

Astrid Lindqren adına ədəbiyyat mükafatı təqdim olundu
28 mart 2018
# 13:30

Astrid Lindqren adına ədəbiyyat mükafatının 2018-ci il üçün laureatı bəlli olub.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu, amerikalı yazıçı Jaklin Vudsondur. O, 1963-cü ildə doğulub və 30 yaxın kitabın müəllifidir. Bunlardan ən məşhuru "Qəhvəyi qızın xəyalı"dır.

Bu ilki müsabiqədə 60-dan çox ölkədən 235 uşaq yazıçısı iştirak edib.

Mükafat 2003-cü ildən təqdim olunur. Bu, yeniyetmə və uşaq ədəbiyyatı sahəsində ən nüfuzlu beynəlxalq mükafat sayılır.

# 1802 dəfə oxunub

Müəllifin son yazıları

# # #