Qabriel Qarsiya Markes: “Mən varlı deyiləm”

Qabriel Qarsiya Markes: “Mən varlı deyiləm”
21 aprel 2014
# 11:16

Kulis.az Qabriel Qarsia Markesin əsərlərindən seçmələri təqdim edir.

Mən şlyapa qoymuram ki, kiminsə qabağında onu çıxarmalı olmayım. (“Polkovnikə məktub yoxdur”)

Hər şey canlıdır; əlbəttə, əgər onun ruhunu oyatmağı bacarsan...(“Yüz ilin tənhalığı”)

Sevən adamlar əşyaları ilə birgə ölsələr daha yaxşı olardı. (“Vəba dövründə məhəbbət”)

İnsan bir dəfəlik şeyləri çox xoşlayır, ona görə ki, özü də birdəfəlikdir.

Kim ki, çoxdan gözləyir, hələ bir az da gözləyə bilər. (“Polkovnikə məktub yoxdur”)

İnsan yalnız bir dəfə-anası onu dünyaya gətirəndə doğulmur, həyat onu dəfələrlə özünü doğmağa məcbur edir. (“Vəba dövründə məhəbbət”)

Bir şeyə qadın qarışıbsa, əminəm ki, hər şey yaxşı olacaq. Dəqiq bilirəm, dünyanı qadınlar idarə edir.

Mühakimələrini dinləsən, heç bir ağılsız əslində ağılsız deyil. (“Məhəbbət və başqa iblislər haqqında”)

Nə üçün insanın müharibədə hiss etdiklərini yazmaq üçün onca sözlər işlədəsən, əgər bircə kəlmə kifayətdirsə? Qorxu! (“Yüz ilin tənhalığı”)

Gülümsə, bədbəxtliyə ləzzət almağa imkan vermə. (“Vəba dövründə məhəbbət”)

Pul iblisin zibilidir.

Bizi qeyri-adi, fantastik şeylər əhatə edir, yazıçılarsa inadla bizə az əhəmiyyətli, gündəlik şeylər danışırlar.

Şöhrət kök bir senyoradı, heç vaxt səninlə yatmır, amma oyananda görürsən ki, o yataqda durub sənə baxır. (“Mənim hüznlü fahişələrim”)

İlham yalnız iş zamanı gəlir.

Ədəbiyyat insanları ələ salmaq üçün düşünülmüş ən yaxşı əyləncədir. (“Yüz ilin tənhalığı”)

Həqiqət yoxsa təxəyyül-nə fərqi var? Hər şey, hər cəfəngiyat zamanla həqiqətə çevrilir! (”Patriarxın payızı”)

Nahar masasında da yataqdakı kimi sevmək olar.

Bilik və müdriklik bizə o vaxt gəlir ki, artıq lazım deyildir.

Yox, mən varlı deyiləm. Mən pulları olan yoxsulam. Bunlar eyni şey deyil. (“Vəba dövründə məhəbbət”)

Dünya hələ o qədər təzə idi ki, çox şeyə ad qoyulmamışdı, onları barmaqla göstərmək lazım gəlirdi. (”Yüz ilin tənhalığı”)

Sevdiyin adamla yatmaq! Bu möcüzəni dadmadan ölməyi düşünmə! (“Mənim hüznlü fahişələrim”)

# 2481 dəfə oxunub

Müəllifin son yazıları

# # #