Həsən Kür: "Bir erməni dəftərinə onları necə məğlub etdiyimizi yazdım"

Həsən Kür:  "Bir erməni dəftərinə onları necə məğlub etdiyimizi yazdım"
8 noyabr 2023
# 15:02

"Sağımda bir hasar gördüm. Sökülüb-dağılmışdı. İnsana bənzətdim onu. Beli bükülmüş, üzü qırışmış bir insana... Biixtiyar qucaqladım daş hasarı".

Bu sözləri Kulis.az-a açıqlamasında İkinci Qarabağ müharibəsi iştirakçısı, şair Həsən Kür deyib.

Onun sözlərinə görə, müharibədə hər bir əsgərin öz amalı olur:

"Hər kəsin bu müharibə ilə bağlı məqsədi eyni idi.

Hər kəsin bir amalı var idi. Ancaq hər kəsin də daxilində bir qisas hissi var idi. Mənim də məqsədim Birinci Qarabağ müharibəsində şəhid olmuş dayım Həsənov Abbasın qisasını almaq idi. İlk dəfə 2016-cı ildə Aprel döyüşlərinə könüllü yazıldım. O vaxt qismət olmadı. Daha sonra Avqust döyüşlərində, sonra da İkinci Qarabağ müharibəsinə könüllü yazıldım. Çox çətinliklə də olsa, müharibəyə yollandım".

O, hələ döyüşlərə girməmiş gündəlik yazmağa başlayıb:

"Biz müharibəyə gedəndən sonra, bir müddət arxa cəbhədə qalmalı olduq. Orada vaxtımı səmərəli keçirmək üçün gündəlik yazmağa başladım. Hələ döyüşlərə girməyən əsgərlərin hisslərini öyrənməyə başladım. Əsgərlərin çoxu mənə vəsiyyətlərini deyirdilər. Ürəklərindəki arzuları bölüşürdülər. Kimisi vətəni, el-obası, kimisi də ailəsi üçün vəsiyyətlər edirdi".

Kür Qubadlıya çatandan sonra evlərin birində erməni dilində yazılmış bir dəftərə rast gəldiyini deyib:

"Onların duyğuları ilə mən bir dəftəri doldurmuşdum. Nəhayət, bir gün cəbhəyə yollandıq. Qubadlıya çatdıq. Güclü yağış yağırdı.

Yollar da keçiləsi deyildi. Hər yan palçıq idi. Dəcəl uşaqlar kimi gölməçədəki suyu şappıldatmağa başladım.

Sağımda bir hasar gördüm. Sökülüb-dağılmışdı. İnsana bənzətdim onu. Beli bükülmüş, üzü qırışmış bir insana... Biixtiyar qucaqladım daş hasarı. Çox təsirlənmişdim. Qubadlıda idim.

Aktiv döyüşlərlə bağlı xatirələrim çox deyil. Ən böyük xatirəm o dəftərdədir.

O dəftərin aqibəti necə oldu? Qubadlıda bir evdən dəftər tapdım. Öz dəftərim dolmuşdu. Fikirləşirdim ki, o dəftəri də yazım, qismət olsa, kitab kimi çap etdirərəm. Üstündə bayraqları, ermənicə nələrsə vardı. İçinə qondarma müstəqillikləri ilə bağlı cümlələr yazılmışdı.

Vərəqləri cırmadım, əlbəttə. Növbəti səhifələri yazmağa başladım.

Əvvəlki dəftərə döyüşə girməmiş əsgərlərin duyğularını yazmışdımsa, bu dəftərə artıq döyüşlərdə iştirak etmiş əsgərlərin təəssüratlarını yazırdım.

Qayıdandan sonra da el-obamdakı müharibə iştirakçılarının ağır döyüş yolundan yazmağa başladım. Elələri var... yaralı halda 3-4 gün əsirlikdə qalıblarmış. Hamısını köçürdüm.

Beləcə, bir erməni dəftərinə onları necə məğlub etdiyimizi yazdım.

Şəhidlərin ailələri ilə görüşdüm. Mənə dəhşətli şeylər danışdılar.

O kitab çap olundu. Satıldı, paylandı.

Müharibədən qalan ən böyük xatirəm də bu oldu".

# 4361 dəfə oxunub

Oxşar xəbərlər

Redaktorlar poeziyanı öldürür? - Sovetin qalıqlarından qurtulmaq vaxtıdır!

Redaktorlar poeziyanı öldürür? - Sovetin qalıqlarından qurtulmaq vaxtıdır!

16:00 26 iyun 2025
Müəmmalı şəkildə ölən Qəndab Quliyeva

Müəmmalı şəkildə ölən Qəndab Quliyeva

15:00 26 iyun 2025
"Sən kimsən ki..."  - Səidə Quliyevanın ölüm xəbərini kim yayıb?

"Sən kimsən ki..." - Səidə Quliyevanın ölüm xəbərini kim yayıb?

14:41 26 iyun 2025
Səməd Behrəngini niyə basdırmaq istəmirdilər? - Cəsədindən belə qorxulan yazıçı

Səməd Behrəngini niyə basdırmaq istəmirdilər? - Cəsədindən belə qorxulan yazıçı

12:25 26 iyun 2025
"Davadan qayıtmayan cavanlara": İsanın möcüzəsi   - Sevinc Mürvətqızı

"Davadan qayıtmayan cavanlara": İsanın möcüzəsi - Sevinc Mürvətqızı

12:00 26 iyun 2025
Cəfəngiyyat, yoxsa dahilik? - Dünyanın ən çətin romanı haqqında

Cəfəngiyyat, yoxsa dahilik? - Dünyanın ən çətin romanı haqqında

11:50 26 iyun 2025
#
#
# # #