“Seks niyə vacibdir?” yazısı haqda

 “Seks niyə vacibdir?” yazısı haqda
9 may 2013
# 08:00

Çox dəyərli xanımlarımızdan biri Günel Mövludun “Seks niyə vacibdir?” yazısına sosial şəbəkələrdəki təhqiramiz şərhləri oxuyanda anladım ki, qadınlar, xüsusən də kişilər məqaləni beyinləri ilə yox, cinsiyyət orqanları ilə oxuyublar.

Yoxsa seks aclığından əziyyət çəkən “əxlaqlı” erkəklər yazara barbar münasibət göstərməzdilər, cəngəllikdən gələn, ömründə qadın görməyən kimi hərisliklə intim akt təklif etməzdilər.

Axı, niyə seksdən, daha dəqiqi seksual təminatsızlıqdan danışmaq vacibdir?

XXI əsrin ən əhəmiyyətli rejissorlarından biri Ulrix Seidlə “Niyə bütün filmlərinizdə personajların sekslə bağlı problemləri var” sualını verəndə rejissorun cavabı belə olur:

“Çünki seks insanın əsas instinktidir. Bu instinkt hər kəsin həyatında vacib rol oynayır: pozitiv və ya neqativ anlamda. Hər kəsin instinktə davranmaq problemi var”.

Bizim ölkədə xüsusən kişilərin seks instinktləri ilə davranmaq problemi mövcuddur.

Qadınlar isə kişilərlə müqayisədə seksual təminatsızlığa daha dayanıqlıdırlar və onlardan fərqli olaraq cinsi istəklərinin əsiri olmamağa iradələri yetir.

Üstəlik, bir sıra problemlər seksual təminatsızlığın səbəbidir. Seksual təminatsızlıq isə hər şeydən əvvəl aqressiya, zorakılıq təhlükəsi törədir.

Təbii ki aqressiya ən çox seks instinktinə davam gətirməyən kişilərdən gəlir.

Məsələn, hər gün mətbuatda ölkəmizin müxtəlif yerlərində baş verən zorakı-insest hadisələri haqda tükürpədici məlumatlar oxuyuruq. Niyə ölkədə intensiv olaraq belə hadisələr baş verməlidir? Məsələnin kökündə sosial –maddi problemlər dayana bilməzmi?

Həyat yoldaşına yalnız orqazm, nəsil törətmə obyekti kimi baxan evli kişi seks rəngarəngliyi arzusu ilə başqa qadınlara tamah salır. Çünki arvadı ilə seks rəngarəngliyini yaşamağı namussuzluq, milli-mənəvi dəyərlərə yad sayır.

Yaxud küçədə baxışları ilə qadınları soyunduran, yəqin ki, xəyallarında min cürə seksual fantaziya quran kişilər... Seksual təminatı olmayan, əllərinə fürsət düşən həmin kişilər sosial şəbəkələrdə Günelə hücum çəkib, seksual aclıqlarını virtual şəkildə də olsa öldürürlər. Eynilə imkan olan kimi küçələrdə qadınları zorlayan hindistanlılar kimi.

Günel məqaləsində “əxlaq”la silahlanıb, ana və bacısından başqa bütün qadınlara seks istehlakçısı kimi baxan kişilərdən, maddi, sosial səbəblərin, feodal ənənələrinin doğurduğu seksual aqressiyadan, cinsi təminatsızlığın insanın sağlamlığını, psixologiyasını zədələməsindən danışıb. Yəni bu qədər bəsit.

Cəmiyyət sözsüz ki, azad seksə hazır deyil. İnsanlara, hətta ictimai sektordakı seksual inqilabı təbliğ edən gənclərə elə gəlir ki, azad seks bir qadının bütün kişilərlə sevişməsidir. Guya cəmiyyəti dəyişmək istəyən həmin gənclərin çoxunun da əsas məqsədi azad seks tərəfdarı maskası altında cinsi ehtirasını təmin etməkdir.

Əgər bu ölkədə insanlar normal cinsi həyat yaşamaq istəyisə, məişətdən başlayaraq hər şeyə münasibətini dəyişməyi və dəyişdirməyi, bir-birinə güvənməyi, inanmağı bacarmalıdır.

Məsələn, kişi anlamalıdır ki, sevdiyi qadınla nikahsız-flansız sevişirsə, bu, onun əxlaqsız olması və qadının kimlə gəldi, harda gəldi sevişməsi demək deyil.

Qadın da inanmalı, əmin olmalıdır ki, o, kişi üçün seks obyekti deyil və kişi evlənmək üçün bakirə axtarışına çıxmayacaq.

Ümumiyyətlə isə əxlaqsızlığı, fahişəliyi kişi ya qadın nikahlı da edə bilər. Birdəfəlik anlamaq lazımdır ki, əxlaq nikah və ya kəbin yox, düşüncə məsələsidir.

# 15576 dəfə oxunub

Oxşar xəbərlər

Səkkiz ildir evliyəm, amma...

Səkkiz ildir evliyəm, amma...

13:23 11 iyul 2024
Qız qaçırtdığına görə özünü yandıran qazi

Qız qaçırtdığına görə özünü yandıran qazi

13:25 10 iyul 2024
İntellektual kartof püresi

İntellektual kartof püresi

14:07 9 iyul 2024
Yataqda arvadının ssenarilərinə qulaq asan kişinin qırmızı maşını

Yataqda arvadının ssenarilərinə qulaq asan kişinin qırmızı maşını

21:00 8 iyul 2024
Taksi kasıbın harasına yaraşır?

Taksi kasıbın harasına yaraşır?

16:00 8 iyul 2024
Ətirlər ehtiraslandıra bilərmi?

Ətirlər ehtiraslandıra bilərmi?

12:00 4 iyul 2024
# # #