Faciəvi sonluq

Faciəvi sonluq
27 noyabr 2013
# 13:38

Yazıçı Əkrəm Əylisli yeni hekayəsini Kulis.Az-a təqdim edərək hekayənin sonluğunun Kulis yazıçıları tərəfindən təkrar yazılmasını xahiş etmişdi.

Kulis.Az Qan Turalının yazdığı sonluğu təqdim edir.

Başqa sonluqlar da çap edildikdən sonra Əkrəm Əylislinin sonluğu dərc ediləcək.

Və birdən Orxanın yadına gördüyü yuxu düşdü. O yuxuda Orxan özünü Barselona formasında Messi ilə yanaşı dayanan görmüşdü, qarşısında dayanan "Real Madrid" formalı qıvrım saçlı bir uşağın saçlarını tumarlayır, kosa papaqları qədər uzun obyektivli fotoqraflara baxıb gülümsəyirdi. Gəlin Çinar isə stadionun ortasında, düz mərkəz nöqtəsində peyda olmuşdu. Elə o Gəlin Çinarın altında Orxan hakimlərin əlini sıxmış və ağaca əlini toxundurub dua eləmişdi...

Bu gün mütləq Gəlin Çinarı kəsməyə gələcəkdilər. Orxanın indiyənə qədər görmədiyi maşınlar kəndə girəndə ağlına ağacın ətrafına uşaqlarla sipər çəkməkdən başqa heç nə gəlməmişdi. Kənd camaatı da onların səsinə səs verdi, gözləmədiyi müqaviməti görən biznesmen Həsən kişi ilə ayaqüstü söhbət edərək maşına oturaraq kəndi tərk elədi.

Axşam bütün kənd uşaqların qazandığı qələbəni qeyd etdi, bir neçə gün sonra uşaqlar da, kənd də ağacı da, biznesmeni də, kəndə gələn qəribə maşınları da unutdu. O biznesmen bir həftə sonra Həsən kişi ilə kənd küçələrində görünməsəydi, uşaqlara konfet paylayıb onlarla söhbət etməsəydi Gəlin Çinar əhvalatı tamam-kamal unudulacaqdı.

Biznesmenin gəlişinin səbəbi söz yox ki, uşaqlara konfet paylamaq deyildi. Bir neçə gün sonra kəndə bir “Qazel” yan aldı və həmin “Qazel”dən məktəbə daşıdıqları bilgisayarları da uşaqlar əlbəttə ki, gördülər və biznesmenin internet klub açmağını da elə biznesmenin öz dilindən eşitdilər. Məktəbin içindəki internet klub üçün balaca bir tədbir də keçirildi, çıxış edən məktəb direktoru dedi ki, bu kompüterlər bir il sonra məktəbə veriləcək, o bir ilə qədər də uşaqlar pul verib orda işləyə bilərlər. Biznesmenin sözləri isə uşaqları daha çox sevindirdi, çünki o klubun bir həftə pulsuz işləyəcəyini demişdi.

Elə mərasimdən sonra biznesmenin rayondan gətirdiyi cavan oğlan uşaqlara oyun oynamağın qaydasını başa saldı və o gün gecəyə qədər uşaqlar gözlərini o qara qutudan çəkmədilər. Ən çox da futbol oynayırdılar, uşaqların yarısı bir, yarısı da başqa komandaya azarkeşlik edirdi, udanlar uduzanlara yanıq verirdi.

Orxan da uşaqlara qoşulub kluba gedərdi, səhər gün çıxandan axşam gün batana qədər klubda qalardılar. Günlərin bir günü Orxan başının dəstəsi ilə klubun qapısını bağlı gördü, günortaya qədər orda gözlədikdən sonra bezib evə getdilər.

Axşama qədər qapı kilidli qaldı və gözləməkdən bir şey çıxmadığını görən uşaqlar talada futbol oynamağa gedəndə Gəlin Çinarı talada görmədilər.

# 3546 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #