Uşaqlara vətəni necə sevdirməli?

Uşaqlara vətəni necə sevdirməli?
26 oktyabr 2017
# 16:45

Səmayə Bayramova

Uşaqlar üçün yazmaq çox çətindir. Bunu ədəbiyyatdan anlayışı olan hər kəs bilir. İstər mövzu, istər süjet, istərsə də, yazılma texnikası çox böyük diqqət və məsuliyyət tələb edir. Bu sahədəki qıtlığı nəzərə alsaq, məsuliyyət ikiqat artır.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaq ədəbiyyatı, ilk əvvəl folklorda (nağıl, layla, oxşama və.s.) özünü göstərib. XX əsrin əvvəllərindən başlayaraq maarif və mədəniyyət sahəsindəki ciddi canlanma Azərbaycanda uşaq ədəbiyyatının da yaranmasına səbəb oldu. Bu sahədə böyük əməyi olanlar sırasında N.Nərimanov, S.M.Qənizadə, İ.Musabəyov, A.Şaiq, A.Səhhət, S.S.Axundov, Mir Cəlal kimi ziyalıların adlarını qeyd etmək mütləqdir. Bu həmin aydınlar idi ki, Azərbaycan uşaq ədəbiyyatına nağıl, təmsil, şeir və s. ilə yanaşı, tərcümələri və uşaqlar üçün tərtib etdikləri dərsliklərlə də böyük töhfə veriblər. O dövrdə uşaqlar üçün mətnlərin yazılmasını vacib edən amil, bu sahədəki kasadlıq idi. M.Ə.Sabir Şamaxı və Bakı məktəblərində müəllimlik edərkən məhz bu kasadlığa görə müxtəlif mövzularda uşaqlar üçün xeyli sayda nəsihətamiz mənzum hekayə, şeir və təmsillər yazmışdır. Yazılmış həmin əsərlərdə vətən mövzusu da var. Heç bir mübaliğəsiz digər mövzular kimi bu mövzu da uğurlu alınıb.

Bu gün Azərbaycan uşaq ədəbiyyatında ümumi vəziyyət yüksək səviyyədə olmasa da kasadlıq da deyil. Qismən qənaətbəxş hesab etmək olar. Yazanlar da, yaxşı yazanlar da var. Fikrimcə bu gün uşaq ədəbiyyatındakı ən böyük kasadlıq vətən mövzusundadır. Yazıçılar ya yazmırlar, ya da yazanda o qədər bəzəyib-düzəyib, pafoslu yazırlar ki, uşaqda vətənə sevgi yox, ikrah formalaşır. Məsələn, digər mövzularda güclü yazan bir yazıçı niyə vətən mövzusunda, xüsusən müharibə kimi ağır və ağrılı bir mövzuda - hansı ki, yaza bilmir, niyə yazsın? Yazdığı mətndən açıq aşkar görünür ki, o dövrün qan qadası bu adamdan uzaq düşüb, imitasiya edib texniki yazmaq nə məcburdu?

Niyəsə yazıçılar vətənə sevgi deyəndə doğma yurdu, boz divarlara, asfaltlara dəyişdikləri dağ-dərəni, miraslarına sahib çıxa bilmədikləri Koroğlu, Babək, Cavanşir, qəhrəmanlıq salnamələrini bəzəməyi nəzərdə tuturlar. Bunlar bizim qan yaddaşımızdır. Hər bir xalqın milli özünüdərki əlbəttə olmalıdır. Əlbəttə bir millət olaraq kökünü bilməlisən. Əlbəttə millətin ziyalısı olaraq uşaqlara bunu öyrətməlisən. Lakin... İkrah hissi yaratmadan!

Vətənə sevgi, işini vicdanla yerinə yetirməkdən başlayır.

Yazıçısansa vətənə sevgi mütaliədən başlayır. Uşaqlara zibili atmamağı, ona tapşırılan işləri, dərsləri məsuliyyətlə yerinə yetirməyi öyrətmək lazımdır. Uşaqlara vicdanlı, ətrafdakı uşaqlara qarşı ədalətli olmağı, paylaşmağı öyrətmək lazımdır. Uşaqlara yaşadıqları dünyanı, bəşəriyyəti, bəşəri dəyərləri sevdirmək lazımdır. Sonra öz-özünə vətəni sevəcəklər də, tarixlərini tarix kitablarından özləri araşdırıb oxuyacaqlar da, tarixlərinə, milli köklərinə sahib çıxacaqlar da.

Bir də son olaraq deyim ki, hər şeydən əvvəl, vətəni həqiqətən sevmək lazımdı...

# 1227 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #