Xalq artisti Ramiz Mustafayevin 100 illiyinə həsr olunmuş konsert keçirildi

Xalq artisti Ramiz Mustafayevin  100 illiyinə həsr olunmuş konsert keçirildi
23 oktyabr 2026
# 11:36

Oktyabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar, Xalq artisti, professor Ramiz Mustafayevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, “Yadıma sən düşürsən” adlı musiqi gecəsində Əməkdar artist Ramil Qasımov bəstəkarın mahnı və romanslarından ibarət konsert proqramı ilə çıxış edib.

Konsert proqramı Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə təqdim olunub.

Musiqi gecəsində konsertmeyster, Əməkdar artist Nərgiz Əliyeva, nağara ifaçısı Soltan Əliyev və tar ifaçısı Cavanşir Rüstəmbəyli də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik, Milli Məclis sədrinin müavini Rafael Hüseynov Ramiz Mustafayevin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, zəngin yaradıcılıq irsindən və əsərlərinin özünəməxsus bədii xüsusiyyətlərindən danışıb. O, bəstəkarın milli musiqi sənətində tutduğu mövqeyi və yaradıcılığının əhəmiyyətini diqqətə çatdırıb.

# 90 dəfə oxunub

Oxşar xəbərlər

"Recep İvedik" ekranlara qayıdır - Təfərrüatlar

"Recep İvedik" ekranlara qayıdır - Təfərrüatlar

12:20 23 oktyabr 2026
Məşhur yapon yazıçı vəfat etdi

Məşhur yapon yazıçı vəfat etdi

12:00 23 oktyabr 2026
"Şəbnəm Tovuzlu tələbatı ödəyir" - Bəlkə, Parisdəki həqiqətən "yekə bir vışka"dır?

"Şəbnəm Tovuzlu tələbatı ödəyir" - Bəlkə, Parisdəki həqiqətən "yekə bir vışka"dır?

12:00 23 oktyabr 2026
Bred Pittin  yeni layihəsinin treyleri yayımlandı

Bred Pittin yeni layihəsinin treyleri yayımlandı

11:40 23 oktyabr 2026
Zadi Smit, Marqaret Etvud və İan Maküen oxuculara qeyri-adi təklif

Zadi Smit, Marqaret Etvud və İan Maküen oxuculara qeyri-adi təklif

11:20 23 oktyabr 2026
Saşa Baron Koenə qarşı məhkəmə iddiası

Saşa Baron Koenə qarşı məhkəmə iddiası

11:00 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər