Bir oğlanı necə özünə aşiq etməli?

Bir oğlanı necə özünə aşiq etməli?
12 fevral 2014
# 14:58

E-mail ünvanıma bir xanım şəxsi həyatımla bağlı bir neçə sual yazıb. Təbii ki, xanımı maraqlandığı sualların cavablarını yazdım. Bir dəqiqə keçməmiş xanım mənə yeni bir sual ünvanladı: “Bir oğlanı özünə necə aşiq etmək olar? Bu necə alınır?”

Sual konkret olsa da cavabı bir o qədər qəliz və mürəkkəbdir. Əzizlərim, bir adamı aşiq etmək bizim əlimizdə deyil, qismət və ya alın yazısıdır deyirsizsə, bir balaca yanılırsız.

Gəlin başdan başlayaq. Bir çox qadınlar kişiləri özlərinə cəlb etmək, onları ovsunlamaq qabiliyyətinə malikdirlər. Bəs bu nə ilə bağlıdı? İlahi vergi və ya xüsusi istedad? Yox, bunu loru dildə desək çoxbilmişlik bacarığıdır.

Çoxları düşünür ki, qaçanı qovalayarlar, nə qədər naz etsək bir o qədər yaxşıdır. Təəssüf ki, yanılırsız. Bir oğlandan xoşunuz gəlirsə bunu ona bildirmək qəbahət deyil. Bu o demək deyil ki, onu saysız-hesabsız zəng və ardı-arası kəsilməyən mesajlarınızla bezdirin.

Məsələn, diqqətli olduğunuzu göstərmək üçün səhər ona “sabahın xeyir” mesaji yazın. Bu mesaj bütün gün ərzində yazılan mesajlardan daha təsirli olacaq və sizi gün boyu onun yadına salacaq.

Fiziki yaxınlıq mövzusunda qadınlar müşahidələrimə görə çox, amma çooox yanılırlar. Fiziki yaxınlıqdan nə qədər qaçsanız bir o qədər yaxşıdı, duyğularınızı hələlik kənara qoyun və plana uyğun hərəkət edin.

İkinci əsas komponent özünəgüvəndir. Oğlanları özünə güvənən, həyatdan və bir münasibətdən nə istədiyini bilən qadınlar cəlb edir. Qərarlı, müəyyən hədəfi olan qadınlar daim xüsusi rəğbətə sahib olurlar. Lakin burda kiçik bir nüansı unutmaq olmaz ki, bunu edərkən şəxsiyyətinizdən uzaqlaşıb olmadığınız kimi davranmayın. Sadəcə daxiliniz xaricinizə əks olunsun.

Onu hər zaman dəstəkləyin. Ən kobud səhv buraxdıqda belə yanında olduğunuzu görsün. Onlara daim dəstək olmanız sizə bağlanmalarına gətirib çıxaracaq və artıq hər kəsin gileyindən bezəndə sizə sığına biləcəyinə əmin olacaq.

Gülərüz ola bilmək daim köməyinizə çatacaq. Hər bir adam daim yanında gülərüz, şən xanım görmək istəyər və bu xüsusiyyətiniz sizin daha əyləncəli olduğunuz qənətinə gətirəcək onu.

Səbirli olmaq. Yeni tanış olmusuzsa, ciddi bir münasibətə girməyə onu tələsdirməyin, səbirli olun, vaxtı gələndə özü sizə bu haqda deyəcək. Yox əgər artıq sevgilisizsə, səhvlərinə, kobudluqlarına qarsı dözümlü olun. Hər kiçik səhvində özünüzdən çıxıb problemlər yaratmayın. Düsünmədən, emosiyalarınıza qapılıb dediyiniz sözlər həm onu, həm də sizi yaralayar.

Səmimilik. Kiilər dürüst, güvənə biləcəyi, səmimi xanımları sevir. Sözünüzlə, əməliniz bir-birini tamamlasın. Dürüst və səmimi olmağınız sizə olan hörmətini artırar. Həmişə sözün düzünü deyin, yalandan qaçın. Sizə hörməti artdıqca heyranlığı və sevgisi də artacaq.

Baxımlı olmaq. Gəldik çıxdıq əsas məsələyə. Məni olduğum kimi sevir, təbii halımı daha çox sevir, deyib özünüzü aldatmayın. Kişilər hər zaman baxımlı olan qadınları bəyənir. Saçlarınıza, dırnaqlarınıza, geyiminizə fikir verin. Hər görüşə ilk görüşünüz olduğunu düşünüb gedin.

Yeri gələndə ona məntiqli çıxış yolları göstərə biləcək, məsləhətlər verəcək ağıllı bir dost, yeri gələndə isə ona dəstək olacaq, başını çiyninizə rahat qoya biləcəyi, güvənilir bir həssas qadın olun.

Amma yenə də özünüzü çox yormayın.

# 59831 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #