Qızlar neçə yaşında ərə getməli?

Qızlar neçə yaşında ərə getməli?
27 sentyabr 2017
# 10:54

Şəhriyar del Gerani

Düzü, ölkədə vəziyyət elə yerə gəlib çıxmış. Ki, adam yazdığı mövzulardan da utanır. İndi kimsə köşənin başlığını görüb düşünəcək: “Buna bax, bu boyda kişini narahat eləyən mövzuya bax!”

Nə etməli? Siz cəmiyyət olaraq bu mövzuları nə vaxt adladınız ki, biz görmədik?

Axı belə deyil. Beş dünyəvi, elmi, mədəni mövzudan yazanda bir də öz həyət və həyat tərzimizdən yazmağımız gəlir. Guya bu problem elə-belə problemdir? Guya hamı bilirmi bizim qızlar nə vaxt ailə qurmalıdır?

Mövzu var onu müəllif yazır, mövzu var özü gəlib müəllifə sürtülür ki, “tez ol, məni yaz!” Zarafat eləmirəm. Bu mövzu da özünü yazdıran mövzudur.

Deməli, yaşı ötmüş bir qohum qız vardı. Günlərin bir günü bunlara qonaq gedəndə ayağımız yüngül oldu, bizimlə eyni vaxtda elçilər də girdilər darvazadan içəri. Elə alındı biz başqa, elçilər başqa otaqda məskən saldıq. Rayon yerlərində qonaqlar belə olur. Gəldilər, vəssalam. Əməlli-başlı məskən salırlar. Yeyib-içməsələr nədir, yeyib-içdiklərini həzm etməsələr gedən deyillər.

Yaşı ötmüş qohum qızın vardı təxminən 38 yaşı. Deyirdilər, “baxtını bağlayıblar”. İndi necəsə açılmışdı bəxti. Min şükür. Biz yan otaqda əyləşmiş idik. Söhbətləri eşidirdik. Elçilər niyyətlərini deyəndə qızın atası - “Mən bir söz demirəm, əgər qız özü də razıdırsa, Allah xoşbəxt eləsin!” - deyə dilləndi. Qızın anası qızın fikrini öyrənmək üçün getdi digər otağa. Yalan olmasın, elçi gəlinən qız nə təhər üç dəfə “hööö, hööö, hööö” elədisə, elçilər artıq toy dəvətnamələrinin siyahısını tutmağa girişdilər.

Oğlanın babası:

- Tofiqgili də çağıraq.

Oğlanın anası:

- Əşşi, Tofiqgil səni toya çağırıb birdən-ikiyə?

Oğlanın nənəsi:

- Çağırmayıb, qələt eləyib, başını da daşdan-daşa döyüb. Canları çıxar indən belə çağırarlar!

Deyir, yalançının evi yandı, heç kəs inanmadı. Amma siz inanın. Vaxt-vədə yetişdi şirinçay söhbətinə. Qohum qızın anası qızı çağırdı ki, gəl qonaqlara çay apar. Yazıq qız sevindiyindən düşüb hindən dörd dənə beçə tutdu, özü kəsdi, beşcə dəqiqəyə su qoydu, yoldu, ikisini çığırtma, ikisini soyutma elədi tökdü qonaqların qabağına. Sonra gəldi biz olan otağa. Hamıyla təzədən görüşdü, öpüşdü, hal-əhval tutdu. Az qaldı qafiyə tutub bir-iki ağız meyxana deyə.

Əl-əlbət, başadüşüləndir. 38 yaşında da ərə gedərlər? Təsəvvür edin, bir qız 13-14 yaşında özünü tanıyır və 20-25 il girinc qalır. Necə olmalıdı? Hələ “gəl qonaqlara çay apar” deyiləndə sinini qazyerişi yeriyə-yeriyə aparmadı, şükr edək.

Hazırda dünyada bakirəlik yaşı 14-15 yaşa düşüb. Ancaq Azərbaycan kimi seksin tabu olaraq qaldığı ölkələrdə ailə həyatı qurmayan qızın cinsi əlaqəyə girməsi böyük problemlərə səbəb olur. Nəticədə isə bəzi qızlar sırf adlarına söz gəlməsin deyə sevmədikləri, yaxşı tanımadıqları adamla ailə qururlar. Bir də 30 yaşı keçən və milli mentalitetimizə uyğun olaraq "evdə qalmış” dediyimiz yüzlərlə qızlar var. Əslində sevmədiyi adamla ailə quranla, 30-35 yaşına kimi bakirə qalanlar eyni cinsəl problemlərlə üzləşirlər. Çünki qadın orqanizmi kişidən tamamilə fərqlidir. Və seksin faydalarından yararlanmaq üçün orqazm olmaq şərtdir.

Kişi hər cinsi əlaqə zamanı orqazm ola bilər, qadının orqazm olması üçün isə hər şey mükəmməl olmalıdır. Bir qoxu, yanlış bir hərəkət, bir səs belə qadının orqazm olmasına maneə ola bilir. Odur ki, tanımadığı, sevmədiyi bir kişi ilə eyni yatağa girməyə məcbur olan qadın cinsi əlaqədən zövq ala bilmir, belə qadınlar çox vaxt vaginizm xəstəliyi ilə də mübarizə aparmalı olurlar. Bir sözlə yataqda ərini yola verən, orqazmı yamsılayan, əslində isə cinsi əlaqədən gözlədiyini ala bilməyən qadınlar da sekssiz həyat yaşayan qadınlara aid edilə bilərlər. Çünki seksi bədən üçün faydalı edən orqazm zamanı ifraz olunan hormonlardır. Əgər orqazm yoxdursa, bu hormanlar da ifraz olunmur. Ona görə də bu tip qadınların normal cinsi həyatı olduğu deyilə bilməz.

Əvvəlcədən də qeyd etdiyim kimi, cəmiyyətin qınağına məruz qalmamaq üçün 30-40 yaşına kimi bakirə qalan qızlar var. Əri rəhmətə gedən və ya boşanan qadınlar da çoxluq təşkil edirlər. Elə olur ki, illərlə qadının qarşısına yuva quracağı bir adam çıxmır və onlar ömürlərinin böyük bir qismini seks olmadan yaşayırlar. Bəs bir qadının illərlə sekslə məşğul olmaması və orqazm olmaması nə ilə nəticələnir?

Seksin və orqazmın bir çox xəstəliklərə qarşı immunitet olduğu elm tərəfindən çoxdan sübut edilib. Seksin sağlamlıq üçün əvəzolunmaz faydaları var. Sekslə məşğul olmayan qadın ilk növbədə bu faydalardan məhrum qalır.

Məsələn, seks qırışların yaranmasını gecikdirir. Enerji itkisinə səbəb olduğu üçün ən yaxşı idman hesab olunur, yəni formada qalmaq üçün ən yaxşı vasitədir. Daxili orqanların gec qocalmasına səbəb olur. Orqazm zamanı bir çox hormon ifraz olunur ki, bu da davamlı sekslə məşğul olan qadının daha gec qocalmasına gətirib çıxarır.

Sekslə məşğul olmayan qadın bütün bu üstünlüklərdən məhrum olur. Ancaq sekssiz həyatın insan üçün zərərləri bununla yekunlaşmır. Sekslə məşğul olmayan qadında estrogen hormonunun səviyyəsi yüksək olur ki, bu da qadının əsəbi və həddindən artıq duyğusal olmasına gətirib çıxarır. "Evdə qalmış” etiketi yapışdırdığımız qızların çoxunun psixologiyasında bəzi problemlər olduğunu yəqin ki, müşahidə etmisiniz. Buna həm estrogen çoxluğu, həm də cəmiyyət səbəb ola bilər. Bəyənilmədiyini düşünən və ərə gedə bilməməsinin səbəbini çirkin və ya axmaq olması ilə əlaqələndirən qadında komplekslər formalaşır. Deməli, sekslə məşğul olmamaq həm də psixoloji problemlərə səbəb ola bilir.

Sekssiz yaşayan qadınlarda baş verən fiziki və psixoloji səbəblər hormonların balansının pozulmasına şərait yaradır.

Estrogen hormonunun uzun müddət bədəndə fəaliyyətdə olması döş xərçəngi üçün münbit şərait yaradır. Araşdırmalar göstərir ki, gec yaşlarda ana olan və ya heç doğmayan qadınların döş xərçənginə yaxalanma riski daha çoxdur. Bu da onların bədənlərində estrogen hormonunun daha çox istehsal olunması ilə əlaqədardır.

Alimlər tədqiqatlardan sonra bu nəticəyə gəliblər ki, normal seks həyatı olmayan qadınların da döş xərçənginə yaxalanma riski yüksək olur. Çünki seks zamanı bol miqdarda estrogen istehsal olunsa da, onun bir hissəsi bədən üçün faydalı şəkildə istifadə olunur. Digər bir qismi isə vajinanın nəmlənməsinə sərf edildiyi üçün bədəndən atılır. Sekslə məşğul olmayan qadınlarda isə estrogen bədənin içində qalır və stress, əsəb kimi hallara yol açır.

Odur ki, ağır mental dəyərlərin və kəskin dini ritualların basqısı altında ömür sürən millətlərin övladları nə qədər tez ailə qursalar, bir o qədər yaxşıdır. Oğlan uşaqları yenə də birtəhər-birtəhər yola verirlər cinsi tələbatlarını. Qadınların işi qəlizdir. Cinsi təlabat da ödənmədi, vəssalam. Açın sosial şəbəkələri baxın, görün nə qədər cavan-cavan qızların başı qaçıb. Əməlli-başlı baş qaçıb. Qılaf var, içi yoxdu, baş – baş götürüb gedib bədəndən. Adam nə qədər səylik edər? Bir gənc qız niyə gedib şadlıq sarayının tualetinin güzgüsündə şəkil çəkdirsin ki? Bir qadın niyə bütün günü zarısın o feysbuk sənin, bu instaqram mənim, o tvitter sənin, bu votsap mənim? Bir qadın niyə arxasını qabardıb şəkil çəkdirsin, paylaşsın ki? Baxırsan, şəkildən sperma iyi gəlir. Ümumiyyətlə, normal cinsi həyatı olan qadın niyə 24-7 onlayn olsun ki? Baxırsan, adamın yazığı da gəlir.


Baloğlan Əşrəfovun bir mahnısı var. Mən pritça deyərdim ona. Oxuyur ki, “iki iki dörd edər, qız yaşı on dörd edər, əgər elçi getməsən, özgəsinə bənd olar”. Qəribçiliyə salmayın. Lap düpbədüz deyir. İndi olmasın 14, olsun 18. Əsas odur bənd olan kimi, belə pis də çıxmasın, verin getsin. Onsuz da azad həyata buraxan deyilsiniz. O tövr azad cəmiyyət bundan 200 il sonra da formalaşan deyil bu gözəlim məmləkətdə. Heç olmasa ailəvi şərait yaradın, gedib şadlıq sarayının tualetində dodaqlarını qabağa uzadıb şəkil çəkdirib paylaşmasın qızınız.

# 20773 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #