Əsarətdən qurtulmağın kodu

Əsarətdən qurtulmağın kodu
31 mart 2015
# 10:20

Napoleonun xilası şahmat fiqurundaydı. Fiqurun altlığına fikir versəydi, burub açsaydı, qaçış planından xəbər tutardı, bir daha, yenidən xilas olardı! Amma bu dəfə alınmadı. Hətta Napoleon da sonacan dirənmədi, inad eləmədi. Azad olmaq üçün o kodu tapmadı.

Əsarətdən qurtulmağın kodunu tapmaq lazımdı.

Mən sənin kodunu tapmayınca əsarətdə qalacam!

Sənin kodun tapılmayınca, ruhuma yaxın düşə bilməyən ifritələr mələk qismində cismimi “sevirəm”lə aldadacaq, ömrümün ömrünü aparacaq.


Hər gələn “mələyin” şeytan olduğunu anlayınca, yola salınca ömürdən aylar gedəcək və beləcə, ömrümün qatilinə çevriləcəm!

Sən olmadıqca, mən sənsizlikdən səlahiyyət həddimi aşacam!

Unudacam ki, dünyanın da, Azərbaycanın da hesabı məndən sorulmayacaq!


Məndən sorulacaq valideynlərimə, övladlarıma aid suallar qarşısında isə cavabsız qalacam! Əksinə, cavabsız qoyduğum suallar mənə qarşı ittihama çevriləcək!


Qeyrətini, təəssübünü çəkməli olmadıqlarıma görə ömrümü, canımı yanlış mübarizəyə həsr etməyim ömrümdən ömür aparacaq.


Ən son, ən ağır sual isə bu olacaq: sən onun ruhunun kodunu tapmağı düşündünmü, ölkə, insanlar və daha nə bilim nələr üçün vuruşarkən və bilə-bilə ki, sənin etməli olduqların etdiklərin deyildi!?


…Əslində, biz hamımız eyni həyatı yaşayırıq!


Əslində, biz hamımız səlahiyyət həddini aşmağımızın fərqində deyilik!


Əslində, ömrümüzü öldürməklə məşğuluq!


Bizi – məni, səni, hamını bir sapın düyünləridi ilgəyə keçirən!

Mentalitet...


Amma sən unudursan ki, mən Rusiyada, Fransada, Almaniyada, İndoneziyada, Madaqaskarda ona görə yaşamıram ki, oralarda sən yoxsan!


Sən mənim üçün təkcə qadın deyilsən!


Sən mənim üçün təkcə sevgi deyilsən!


Sən mənim üçün mübarizə hədəfi və predmeti də deyilsən!


Sən zaman və məkan içində mənim ünvanımsan – Yaşam ünvanım!


Sən mənim üçün... Vətənsən!


Və sən mənim ruh əkizimsən.


Bəlkə də sənin kodun elə mənim kodumdu, bəlkə əvvəlcə öz şifrəmi öyrənməliyəm?!


Axı ola bilməz ki, sən ağrıyanda, güləndə, sevinəndə, qəmlənəndə eyni halları yaşayıramsa, eyni halı yaşamayasan?!


Axı biz can əkizi deyilik!


Axı biz bir evin, bir məhlənin, bir obanın adamı deyilik!


Səni susduran nəsnənin sayı və adı birdirsə, dilləndirən yüz səbəb var, anlayırsanmı?!


Sən dillənməlisən!


Səhər açılanda, gün batanda, külək əsəndə, ağrıyanda, güləndə, sevinəndə, qəmlənəndə - bütün hallarda və bütün dalğalarda!
Sən əgər hələ də fərqində deyilsənsə ki, bütün əzabların burda ölən bir ömrə görədi, burda ölən bir ömrün gözü ruhunda qalıb, orda səni incidən cismin deyil, ruhundu, onda... Orda da bir ömür ölmüş olur!


Mən öz vaxtımın qatilinə çevrilmişəm!


Amma heç bir halda sənin orda ölən ömrünə sükut edəməm – ruhların üsyanı cisimlə deyil!


Sənin cismini ruhsuz saxlamağa qorxuram, həm də öz ruhumu sənin cismindən ayıra bilmərəm.


Biz bir də eyni zamanda, eyni məkanda eyni dünyaya gəlməyəcəyiksə, bu əzab əbədi əzaba çevriləcək!

Biz indi eyni zamanda eyni məkanda eyni dünyaya gəlmişiksə, qalan bütün məsafələr mənasızdı. Bizi ayrı saxlayan bütün səbəblər kimi.

Sadəcə, bu qədər, ruh əkizim, sadəcə anla ki, burda bir ömür ölür!

Canların əzablarına tamaşaçı isə ruhumuzdur – ikiyə bölünmüş ruhumuz!


Bəlkə də bu ona görə belədir ki, biz ikiyə parçalanmış vətənin övladlarıyıq!


İstənilən halda sənin tilsimlənmiş, yağmalanmış ruhunun kodunu tapmalıyam!


Bu mənim... borcumdur!


Bacarsam, bacardım!


Bacarmasam, göylərdə görüşənədək!

# 1002 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #