“Zorlanmış” tənqidçi(lər)

“Zorlanmış” tənqidçi(lər)
2 fevral 2015
# 15:58

Fərid Hüseyn

Bu yazı Qrimm qardaşlarına – Yakova və Vilhelmə ithaf olunur

Bizim ədəbi mühitdə bəzi gözünədöndüyüm zəngin yazıçılar var, bunlar hər dürlü yolla çalışırlar ki, uzun illər onların yaradıcılığı haqqında söz deməmiş tənqidçi(lər) qələmini itiləyib onların şanlı yaradıcılıqları haqqında öz kəsərli sözlərini desinlər.

Beləliklə də, aşağı-yuxarı onun haqqında əli qələm tutan çox adam yazmış olsun. Özü də “mən ondan yazmaram”, “mən pulla yazmıram” deyə döşünə döyən tənqidçilərin qılığına girirlər. Tənqidçiyə yazı yazdırandan sonra, uzun illər təkəbbür göstərib yazmayan tənqidçilərlə aralarını qəsdən soyudurlar. Həmin tənqidçi isə dostlaşmaq eşqində olan yazıçıdan üz görməyəndə partlaya-partlaya qalır: nə təzədən pisləyə, nə də geri dura bilir. Qorxur ki, boğazdanyuxarı tərifini “üzünə vurarlar”.

Beləcə, necə ki, zorlanmış, türklər demiş kullanılmış (psixoloji travma almış – F.H.) qadının sonra bütün kişilərdən zəhləsi gedir, elə də bu qəbildən olan “zorlanmış tənqidçi” istifadə olunduğunu dərk edib, sağa-sola “cumur”, digər o masştablı yazıçılara qara yaxmağa, onları pisləməyə başlayır.

Daha sonra həmin tənqidçi başqa qələm adamlarını pisləyir, ancaq ad çəkmir, ümid edir ki, nə vaxtsa həmin mövqelərə də işi düşə bilər. Olmadığı hər yeri pisləməyə başlayır nə başlayır, amma yeyib-içmək məclislərində də yaddaşını zədələyən yazıçını pisləməkdən qalmır: “O, kimdi ki, mən ondan yazam”, “Özü xahiş eləmişdi, yazdım”, “Bir də qulağının dibini görər” kimi yamanlamalarla özünə bəraət qazandırıb, toxtaqlıq tapır.

Görün axırda nə olur: Tənqidçi aylar əvvəl yazdığı yazıdan müəyyən çıxarışları toyda-yasda analiz edir, öz mətnindən alt mənalar uydurub bildirir ki, əslində, həmin mübarək yazıçını tərif yox, tənqid eləyib, ancaq bunu nə “ağıldankəm” oxucular, nə də yazıçı özü tuta bilib.

Məsələn, yazıçını Nəcib Məhfuza, Ömər Seyfəddinə və s. bənzətməklə onun yaradıcılığının böyüklüyünü yox, plagiat, kiminsə yaradıcılığının suyunun suyu olduğunu diqqətə çatdırırmış. Guya, vaxt gələcək savadlı söz adamları o məqalədən çox tənqidi mətləbləri anlayacaqlar. Beləliklə, riyakarlıqdan yarana tənqid, riyakarlıqla da bitir.

Təbii ki, bütün olanlar unudulur, ancaq günahkar günahını həzz etməkdənsə, qəbullanmaqdansa onu sadəcə dərk edir və qalır çapalaya-çapalaya. Baxıb görür ki, zəngin yazıçı öz kefindədir, olan elə bu bəndeyi-həqirə olub.

Kaspi.az

# 2026 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #