Futbolu murdarlayanlar

Futbolu murdarlayanlar
20 aprel 2018
# 12:22

Ayxan Ayvaz

“Futbol dinə bənzəyir. Xüsusilə bugünkü futbol dünyəvi dinin təzahürüdür. Bəzən bu emosionallığa, bəzən isə zorakılığa gətirib çıxarır”.

Bu sözləri perulu yazıçı Mario Varqas Lyosa deyir. Nobel mükafatçısı Lyosa. O, Markesin Nobeli qoltuğuna vurub gəzdiyi vaxtlarda, 1982-ci ildə İspaniyada keçirilmiş futbol üzrə dünya çempionatında jurnalist kimi fəaliyyət göstərirdi.

Yaxud Kamyunu götürək.

“Həyat və əxlaq haqqında hər şeyi futboldan öyrəndim” – onun məşhur cümlələrindən biri. Kamyu 17 yaşına qədər futbol oynadı. Qapıçı idi. Vərəm xəstəliyinə görə futbolu buraxmaq məcburiyyətində qalmışdı”.

Mən hələ uşaqlıqdan futbola baxanda bunun idmanla əlaqəsi olmadığını anlamışdım. Futbol sənətdir.

Dünya şöhrətli rejissor Əmir Kusturitsa da Maradonayla görüşəndə eyni düşüncəyə qapılmışdı: “Bu adamdan yaxşı film çıxar”.

Və çəkmişdi də o filmi.

Biz Maradonaya görə sevmişdik futbolu.

Onun “Tanrının əli”ylə vurduğu qola görə.

FİFA-nı oğru adlandırdığına görə.

Amansız mübarizəsinə görə.

Biz futbolu bizə sənət kimi təqdim edənlərə görə sevmişdik.

Lyosaya görə, Kamyuya görə sevmişdik.

Futbol sənətə çevrilmişdi və sənət adamları futbolun ecazına qapılmışdı.

İndi bəs?

Pulun qoxusu gəlir futbol topundan...

Qəzəb var futbolda, saxtakarlıq var.

Elə dünənki oyunda olduğu kimi. Fenerbaxça ilə Beşiktaşı deyirəm. Oyun gərginlik içində keçdi. Bu gərginliyin dozası hər an artırdı. Nəticədə azarkeşlər Şenol Güneşin başına daş atdı.

O Şenol Güneş ki, Türkiyəni 2002-ci ildə Dünya Çempionatında 3-cü yerə çıxarmışdı.

O Şenol Güneş ki, türk futbolu üçün əlindən gələni eləmişdi.

Sözün bitdiyi andır.

Təxirə salınan oyun və təəssüflü nidalar.

Bu ilk deyil. Türk futbolu bəlkə də futbolu gözdən salır. “Bəlkə”ni yumşaltmaq üçün dedim. Həqiqətən də futbolu yerin dibinə aparıblar. Bilmirsən, futbol oynayırlar, ya döyüşə çıxıblar. Futbol meydançasında karateçi kimi davranırlar.

Futbol bəlkə buna görə indi bu qədər gözdən düşüb?

Biz əvvəllər sevdiyimiz klubun köynəyini əynimizə keçirib televizorun qabağında həvəslə, sevgiylə gözləyirdik futbolu. İndi əlimizdə şans oyunlarının kağızları var. Sevdiyimiz komandanın uduzmağına pul yatırırıq. Pul qazanmaq üçün futbola baxırıq.

Dəhşətlidir.

Buna görə də futbol indi aqressiyayla müşayiət olunur.

Lyosa demiş, zorakılıq baş alıb gedib.

İmkan vermirlər ki, futbolumuza baxaq.

Ona görə deyirlər, futbol ciddi şey deyil. Futbolla maraqlanan adamlar getdikcə azalmaqdadır.

Bizim futbol sevgimizi öldürüblər.

İndi uşaqlığımız kimi çətin dirilə o sevgi.

Bizə nə etdiniz, pis adamlar?

# 1697 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #