Seks təhlükəsi

Seks təhlükəsi
11 aprel 2015
# 10:20

Hərdən televiziyalar ciddi-ciddi hansısa pritonun aşkarlanması ilə bağlı xəbər tirajlayır. Gülürəm. Çünki səs-küylə “aşkarlanan”, bir-iki aylıq işinə xitam verilən obyektlər yenidən fəaliyyətə başlayıb öz işinə davam edir. Əxlaqsızlıq yuvalarının, pritonların kökünü kəsmək mənə hər zaman qeyri-mümkün görünür.

Bu məkanların hansı şəraitdə və hansı şərtlərlə fəaliyyət göstərməsi, qadın alverinin gizli şəkildə inkişafı başqa yazının mövzusu olduğu üçün “bağlanmamış pritonlar” barədə yazmaq istəyirəm.

Ölkədə seksual aclığın, seksual görməmişliyin son həddə olması ilə bağlı dəfələrlə yazılıb, deyilib. Ağlı başında olan hər kəs etiraf edər ki, vətəndaşlarımız seksual problemlərdən ciddi şəkildə əziyyət çəkir. Zorlanan qızlarımız, namus cinayətləri, ailə münaqişələri, dağılan ailələr dolayısıyla bunu sübut edir. Metroda, avtobusda, küçədə qadına toxunanda gözləri par-par parıldayan gənclərimizi görəndə, bu problemi istər-istəməz etiraf etməli olursan.

Etiraf edək ki, seksual aclıq ciddi problemdir. Əyalətlərdəki işsizlik səbəbindən, ölkənin müxtəlif rayon, qəsəbə və kəndlərindən paytaxta axın pik həddədir. Evli və subay kişilər paytaxtda çoxaldıqca bu problem artıq təhlükəyə çevrilir. Yuxarıda sadaladığım problemlərin kökündə mən hər zaman bu faktoru axtarmışam.

Seksual istəklər insan orqanizminin normal istəklərinə daxildir. Yemək, içmək, yatmaq necə normaldırsa, seksual tələbat da o qədər normaldır. Bəs əyalətdən Bakıya işləməyə, bir tikə çörəyinin pulunu qazanmağa gələn, aylarla qadın üzünə həsrət qalan kişilər, rayonlarda hər gecə yastığını qucaqlayıb yatan gənc qadınlar öz seksual tələbatlarını necə ödəməlidir? Bakıda ev sahibi olmaq nəinki həmin təbəqə üçün, hətta az-çox gəliri olan insanlar üçün də xəyaldır. Bəs bu kasıb insanlar şəhərdə öz yuvalarını necə qursunlar?

Çətin həyat tərziylə yanaşı qadınsızlıq-kişisizlik və ən əsası sekssizlik sizə ciddi problem kimi görünmürmü?

Sizcə küçədə gördüyünüz qaraqabaq, əsəbi və gərgin adamların yeganə problemi sadəcə məişət qayğıları, bank borclarıdır?

Bəlkə də güləcəksiniz. Düşünəcəksiniz ki, bu qədər problemin içində heç seks yada düşər? Amma inanın ki, düşür. Seks yada düşməsəydi bəzi masaj salonları, gecə barları, otellər əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməzdi. Bu qədər tələb olduğu üçün gizli şəkildə əxlaqsızlıq çoxalır. Sosial şəbəkələrdə açıq-açıq intim təklif edənlərin sayı gündən-günə artır. Bu, sizin üçün vəziyyətin ciddiliyi ilə bağlı siqnal deyilmi?

Mən peşə marağıma uyğun bu məkanları az-çox araşdırmışam. Masaj salonu, otel, motel, sauna, gecə barı adı altında fəaliyyət göstərən yüzlərlə əxlaqsızlıq yuvası var bu şəhərdə. Kifayət qədər müştərisi olan bu məkanlardakı növbələr adamı iyrəndirir. Sizcə heç bir tibbi yoxlamadan keçmədən, özbaşına və gizli şəkildə fəaliyyət göstərən fahişələr təhlükə mənbəyi deyil? Bütün bu sadaladıqlarım yenə də sizə gülünc görünəcəksə, gülün. Öz ölkənizin, genefondunuzun, gələcək faciələrinə gülüb keçin.

Bu məkanlarda saatlarla boynunu büküb növbə gözləyənlər sizin övladlarınız, ərləriniz, sevgililəriniz, nişanlılarınız, qohumlarınız, qonşularınız və dolayısıyla ünsiyyətdə olduğunuz insanlardır. Mən bu növbələrdə plastik stula çöküb xorna çəkən fəhlə də görmüşəm, udquna-udquna qalstukunu düzəldən bank işçisi də...

Və bu adamların “aclığı” məni həmişə incidib, narahat edib.

O adamların gözlərindəki ifadəni o məqamda, o anda görmək lazımdır. Yazıçı istedadım gördüyüm bu mənzərəni olduğu kimi izah etməkdə acizdir.

...Bu yazı sadəcə bir siqnaldır.

# 1472 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #