Bundan başqa sözün düzünü yazan yox imiş

Bundan başqa sözün düzünü yazan yox imiş
22 iyul 2024
# 12:20

Kulis.az Ulucay Akifin Milli Mətbuat Gününə həsr etdiyi yeni yazısını təqdim edir.

Mətbuat Günü əladı da... Gecə 12-dən jurnalistlər başlayıb bir-birinə söz soxmağa.

Belə baxırsan, guya təbrik yazıb, həmkarlarının bayramını təbrik edir, amma görürsən ki, yazdığı təbrikdə ancaq özünü nəzərdə tutur.

"Sözün qədrini bilən, sözün düzünü deyən, heç kimə yaltaqlanmayanların Bayramı mübarək olsun!"

Təxminən belə şeylər yazırlar.

Hamı bir-birini sözün düzünü yazmamaqda, deməməkdə, kiməsə yaltaqlanmaqda ittiham eləyir təbrikində.

Belə təbrik olar? Ta keçib, üzünə söy də hamısının.

"Sözün düzünü yazmayanlar özünə jurnalist deməsin!"

Bahhh!

Qoyma, əsəbiləşdi...

Soruşursan ki, ay bacım, ay qardaşım, ay xala, ay dayı, sən hansı sözün düzünü yazmısan, biz görməmişik?

Deyir ki, "bilən bilir nə yazmışam mən!"

Nə yazmısan da? Şəxsən mən bilmirəm.

De görüm nədir e o sözün düzü?

Hansı həqiqətləri deyirsən? Denən, bilək də.

Bəlli olur ki, heç bir sözün düzünü yazmayıb indiyə kimi. Amma həmkarlarını sözün düzünü yazmamaqda ittiham edir.

Niyə?

Əlbəttə ki, səbəb bəllidir.

Özünü insanlara daha dürüst, daha vicdanlı göstərmək istəyir. Xal yığmağa çalışır.

Guya ölkədə bundan başqa sözün düzünü yazan yox imiş, həmişə, hər yerdə haqqı deyirmiş, ən ədalətli bu imiş, bundan başqa hamı yaltaq imiş.

Kimə gəlirsən axı?

Qoy oturmuşuq da.

Bu istidə adamı niyə tıncıxdırırsan?

Vallah, hamını aldada bilərsən, məni yox.

Sən bir mənim gözlərimə bax şəkildə.

Gör heç məni aldatmaq olar?

Cin kimiyəm.

Eləməyin belə şeylər.

Özünüzü insanlara göstərmək üçün digər həmkarlarınızı gözdən salmayın.

Çox əziyyətli və gərgin sahədəyik. Hər mənada əziyyətli və hər mənada gərgin işimiz var. Fotoqrafından, operatorundan tutmuş, müxbirlərinə, redaktorlarına kimi bütün hamımız stresslə, qaça-qaçla işləyirik.

Bütün günü qaça-qaçdayıq. Xəbər dalınca qaçırıq, adam dalınca qaçırıq, hadisə dalınca qaçırıq. Bir də görürük, ürək dözmədi...

Hə...

Sözün düzünü yazan, ancaq haqqı deyən, heç kimə yaltaqlanmayan jurnalistlər özləri özlərini təbrik etdilər də.

Ta keçib... Mən də BAŞDA ÖZÜM OLMAQLA sözün düzünü yazmayan, haqqı deməyən, hamıya yaltaqlanan və ən əsası, işini peşəkarca görən jurnalistləri təbrik edirəm.

# 1665 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #