Bağlayaq bu söhbəti!

Kamran Ağabalayev

Kamran Ağabalayev

24 noyabr 2021
# 16:05

Bəzən şairlərə yalan danışmağa məcbur oluram...

Hətta bəzən şairlərə yalan danışmağa daha çox məcbur oluram...

Nə yalan deyim, demək olar ki, hər zaman şairlərə yalan danışmağa məcbur oluram...

Ən sağlam olduğum bir zamanda, "canım ağrıyır", deyəsən "qızdırmam var..." deyirəm.

– Ataş, çəkilişdəyəm bu gün, elə, deyəsən, sabah da, o birisi gün? Yalan deyərəm... Onu danışarıq da.

– Toy? Hə, Allah xoşbəxt eləsin, heyif İstanbuldayam, çəkilişdə... Gələ bilməyəcəyəm. Bu dəfə üzürlü hesab et.

– Qərdeş, olmadı ki, kitab 5 günə səndədir, oxuyan kimi qaytarıram. Qətiyyən narahat olma...

– Alo
– Salam
– Şeirinizi oxuyum? Mütləq!
– Oxumayım?
– Bəs nə edim?
– Səsləndirim?
– Əlbəttə, mütləq!

– Alə, indi bu dəqiqə səni fikirləşirdim, sən öl, Allahın işinə bax, sən yığdın məni... Necəsən, nə var, nə yox.

– Görməmişəm ki, yığmısan?! Başım qarışıq olub, ataş... Həm telefon səssizdə idi. Eşitməmişəm.

– Müəllim, nənəm rəhmətə gedib, kitabın üzünü açmamışam, başqa səbəb yoxdur. Yas mərasimini yola verim, mütləq baxacağam. Qətiyyən narahat olmayın...

Halallığımı verin, bağlayaq bu söhbəti!..

# 3724 dəfə oxunub

Oxşar xəbərlər

Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
# # #