Rejissorla kafedə
17 sentyabr 2012
11:06
Kinoman Şahin Xəlillə söhbət
- Sizi necə tanıyacam?
- “Sahil” metrosunun çıxışı ilə üzbəüz dayanmışam.
- Aha. Birdən sizi tanımaya bilərəm, boynumda uzun ipli cins çanta, iri şüşəli gün eynəyi... əşşi, nəsə taparam.
“Sahil” metrosuna çathaçatda adımı eşitdim. Yolun kənarında uca boylu, ifadəli gözləri olan, üz cizgilərindən tipik azərbaycanlıya bənzəməyən, 24-25 yaşlı oğlan mənə baxırdı. Yaxınlaşan kimi salamlaşdıq və dərhal da söhbətə başladıq. Elə bil ki, çoxdanın tanışlarıyıq.
Söhbətə zarafatla başladım:
- Siz azərbaycanlısız?
- Hə - gülümsədi.
- Mətləb (Mətləb Muxtarov- kinoşünas) dedi ki, ali təhsiliniz yoxdur. Niyə ali təhsil almaq istəmədiniz?
- Danışaram.
... İkimərtəbəli kafenin ikinci mərtəbəsində oturduq. Çay sifariş verdik.
- Bəlkə yemək də yeyəsiz – dedi.
- Mən pəhriz saxlayıram.
- Mən də. Amma sağlamlığıma görə.
- Bilirəm. Keçmiş olsun.
- Sağ ol.
- Hə, danış görüm (“siz”dən “sən”ə çox təbii keçid oldu), niyə ali təhsil almaq istəmədin?
- Sənədlərimi İncəsənət Universitetinə hazırlamışdım. Son anda fikrimdən daşındım. Prinsipə görə. Gördüm ki, tanıdığım uşaqlar necə çətinliklərlə üzləşirlər. Daha istedadlı olanlar keçə bilmədilər. Diplom almadan da rejissor olmaq olar.
- Əlbəttə. Film çəkirsən?
- “Çinar” festivalı üçün “Tövbə” qısa metrajlı filmini çəkdik. Ssenari mənimdir. Rejissorluğu Nadir Qədimov etdi. Əvvəl “Soy” da icraçı prodüser işləyib. Su damcılayır, insan günahlarını sayır və birdən anlayır ki, tövbə etməlidir. Bir anla dəyişə bilər insan. Əslində istədiyimiz tam alınmadı.
- Doğrudan inanırsan ki, insan bir anla dəyişə bilər?
- İnsan bir anla dəyişə bilməz. Amma “8 mil” filmində deyildiyi kimi, hər an bir şansdır.
- Sonra hansı filmlər var?
- Bir film çəkmək istəyirdik, “Bir cinayətin postskripti”. Çəkiliş günü aktyorlar imtina etdi. Birinin sevgilisi qoymadı, birinin atası. Qeyri-peşəkar aktyorlar idi. Bu ilin mayından “Dayanacaq” adlı filmin çəkilişlərinə başladıq. Üç ay çəkdik. Hələ ki, dayandırmışıq. “111 film” kitabına görə. Onu “Doqma-95” manifestinə uyğun çəkməyə çalışırıq. Amma ssenari Doqma estetikasına tam uyğun yazılmadığı üçün müəyyən problemlər, məsələn, işıq problemi çıxır. Sırf manifestə uyğun olmasa da ona yaxındır.
- Çəkilişlərdə ucuz kameradan istifadə edirsiniz?
- Hə. Məşhur rejissorlar sübut etdilər ki, ucuz kamera ilə da yaxşı film çəkmək olar. Rodrigesin də bir fikri var ki, ideya ağlınıza gəlirsə, onu mütləq çəkin. Yaş keçdikcə beyninizdə təsvir etdiyiniz film də itir. Sonraya saxlayanda ideyalar da sönür. Hər şeylə çəkmək olar, telefonla da, foto kamerayla da. Birinci istək lazımdır. Mahsun Kırmızıgül axırıncı filminə görə evini satdı. Kirayədə qaldı.
- “Nyu-Yorkda beş minarə”yə görə?
- Hə.
- Ona görə dəyməzdi məncə.
- Amma “Günəşi gördüm” yaxşı filmdir.
- Çünki “Günəşi gördüm”də Kırmızıgül yaxşı bildiyi mövzunu çəkib. Şabroldan soruşanda ki, niyə ancaq burjuaziyanı tənqid edirsiniz? Cavabında demişdi ki, dəqiq bildiyin məsələləri tənqid etmək lazımdır. Mədən işçilərinin problemləri haqda az bilirəm, ona görə çəkmirəm. Nəsə. Biz harda qaldıq, əsas odur ki istək olsun məsələsində?
- Hə, istək və səbir. Bir də əsas odu ki, bezməyəsən. Rejissorlar pulsuzluqdan bezirlər və səmtini dəyişirlər. Kommersiya filmləri, klip ya da “Kurtlar vadisi”ni yamsılayan “Küləklər şəhəri” kimi serial çəkirlər və sənət filmlərindən uzaqlaşırlar.
- İlk dəfə hansı filmə görə kinoyla məşğul olacağına qərar verdin?
- Film izləmək atamın hobbisi idi. Hind filmlərindən ibarət kolleksiyası vardı. Gözümü açandan atamı o filmlərə baxan görmüşəm. Bir dəfə yox, on dəfə baxırdı. Mən də əzbər bilirdim ki, harda nə deyiləcək, nə baş verəcək. Hind filmlərilə bərabər Belmondonun, Banderasın iştirak etdiyi kommersiya filmlərinin həvəskarı idi. Onda elə bilirdim ki, film ancaq bu deməkdir, hind melodramları, Van Damm, Bryus Li. Sonradan əlimə bir-iki disk keçdi.
(Hövsələsizlik edib onun sözünü kəsirəm, az qala acgözlüklə soruşuram)
- Hansı filmlər?
- Trierin filmləri. Baxdım və anladım ki, kino budur.
- İlk dəfə hansı filmini izlədin?
- “Dalğaları yararkən”.
- Hmmm.
- O filmdən sonra xəstə kimi gəzdim. İki gün ərzində Trierin bütün filmoqrafiyasını izlədim. Ceylanı təsadüfən kəşf etdim. Mənə verilən disklərin içində “Üç meymun” vardı. Baxdım. Qəribə gəldi ki, Türkiyədə belə film çəkilir. Sonra Kannda mükafat aldığını öyrəndim. “Uzak”ı da özümə yaxın bilirəm.
- Bəs Antonioni?
- Onun bir filmi var, Cek Nikolsunun iştirak etdiyi, unutdum adını.
- “Peşəsi reportyordur”.
- Hə. Bəyənirəm bu filmi. Amma ümumilikdə Antonioni mənə cansıxıcı, tutqun gəlir. Qodarın əvvəlki filmlərini daha çox sevirəm. Xüsusən də estetikasını. Ümumiyyətlə, Vonq Karvayı daha estetik rejissor hesab edirəm. Rənglərdən istifadəsinə heyranam. Keslevskini də bura aid edirəm.
- Gün ərzində neçə film izləyirsən?
- Əvvəl 3-4 film. İndi bir dəfə. Vaxt azdır.
- Facebookda “Filmoqrafiya”, “Kinomansan” səhifələrində admin olmusan. O səhifələrə əsasən bizim tamaşaçı zövqünü neçə şərh edərdin?
- Kino zövqü var. Sadəcə onu inkişaf etdirmək lazımdır. Elə insanlar var ki, yaxşı filmlərdən xəbərsizdir, mənim kimi uşaqlıqda döyüş filmləri izləyiblər. Düzdür, mənə yaxşı filmləri kimsə göstərməyib. Özüm tapmışam. Adamlar da var ki, sənət filmlərini göstərsən də baxmayacaq.
- Səncə bu normal deyil? Hər kəs özünə yaxın filmi izləməlidir. Hətta o kommersiya yönlü olsa belə.
- Amma özünü kinoman adlandıran adam heç olmasa bir sənət filminə, məsələn, Tarkovskidən nəyəsə baxsın və sonra qərar versin ki, o bundan sonra vampirlər haqda film izləyəcək ya yox. Vampir filmləri tarixdə qalmayacaq, heç it dəftərində də olmayacaq. Amma Tarkovskinin filmlərinə illər də keçsə baxılacaq. “Vətəndaş Keyn”ə də, “Əndəlus köpəyi”nə də. Əgər sən kinomansansa, sənət filmlərinə baxmalısan. Kinoyla maraqlanan insan üçün bu vacibdir. Ən azından bax. Heç kəs demir ki, ancaq belə filmlərə bax. Sadəcə bax və seçimini et.
- Həmin səhifələri bəyənənlərin hamısı kinoman deyil axı.
- “Kinomansan?” da gün ərzində bir art-house paylaşılırsa, ikisi kommersiya filmi olur. Ən çox kommersiya filmlərini izləyirlər. Məsələn, Kristofer Boenin “Rekonstruksiya” filmini paylaşdıq. Az adam baxmışdı. Nolanın “Betmen”ini paylaşanda daha çox baxırlar. Duzdur, Nolan yaxşı rejissordur.
- Nolanın əvvəlki filmləri çox yaxşıdır. ”Betmen”ə baxmasam da əminəm ki, Nolan orda müəllif intonasiyasını saxlayıb.
- Saxlayıb.
- Səncə, kinonun inkişafı üçün nə lazımdır?
- Kinorejissorluğu bitirib, sonra klipmeykerliklə məşğul olmasınlar. Toylar da çəkməsinlər.
- Kinoda söz deməyə iddialı olan rejissorları nəzərdə tuturam.
- Usanmasınlar. Səbirli olsunlar. Məqsəd varsa, ssenarinin ideyasına arxayındırlarsa, nə olursa-olsun onu gerçəkləşdirsinlər. Az büdcəylə belə. Bizdə ssenarist problemi var. Bəzi rejissorların ideyaları olsa da, ssenari yaza bilmirlər. Hər rejissor bunu bacarmır. Romanlarla işləmək problemi var. Lukino Viskonti Kamyunun “Yad”ını çəkib. Alınmayıb onda. Amma Zeki Demirkubuz daha uğurlu çəkdi. Hadisələri Əlcəzairdən Türkiyəyə gətirdi. Öz “Yad”ını yaratdı. Elə bilirsən, Kamyu türk olub. Sonluğu, həbsxana hissəsini başqa cür verdi, keşişi müstəntiqlə əvəzlədi. Yəni bizdə hazır əsərlərdən istifadə edə bilmirlər.
- Sənə hansı mövzular maraqlıdır?
- Həyatına önəm verilməyən insanlar, məqamlar. Məsələn, Bressonun “Həyat belədir Baltazar” filmində bir eşşəyin həyatından bəhs edilir. Bu cür mövzular mənə doğmadır.
- Özün necə rejissorluqdan usana bilərsən?
- Yox. Bu işi sevirəm. Ruhdan düşmürəm. Gəlir olmasa da. Hər şeyi buna görə qurban vermişəm və verərəm də. Bunu anlamırlar. Əsas odu ki, özümü anlayıram və nə istədiyimi bilirəm.
- “111 film” kitabının nəşrinə hazırlaşırsınız deyəsən? İdeya kimindir?
- Türkiyədə belə kitab görmüşdüm. Düşündüm ki, niyə də bizdə olmasın. Hamının internetdən istifadə imkanı yoxdur. İki il əvvəl Mətləbgilə dedim. Zövqünə inandığımız insanlar yığışdı. Qrup açdıq. Fərhan Hüseynli, Mətləb və mən siyahı tərtib etdik. Kitabda kinolar haqda məlumat və dünyanın məşhur tənqidçilərinin fikirləri yer alıb.
- Hansı meyarlara əsasən seçmisiniz filmləri?
- Çalışdıq ki, hər zövqü əhatə edək. Ancaq sənət filmləri olmasın. Sonra o, kitabın qaralama variantını uzadır. Filmlərə göz gəzdirirəm, müzakirə edirik.
Daha sonra “Axmaqların dahisi” kitabını və bir disk verir:
- Kşiştof Keslevskinin filmləridir. Sənə hədiyyə edirəm.
- Aaa. Çox sağ ol. Keçən dəfə də Mətləb Xodorovskinin diskini hədiyyə vermişdi.
...Bilmirəm, sonra nə oldusa, necə oldusa uşaqlığını anlatmağa başladı, çətinliklərini, aldığı travmaları. Öz dramını çox soyuqqanlı danışırdı.
- Amma yaxşı ki, bunları yaşadım, möhkəm olmağa kömək etdi. Arada bomjlar kimi küçələrdə də yatırdım. Onların nə yaşadığını bilmək üçün... Kitabın təqdimatına çağıracam səni.
- Mütləq.

1397 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024