Çalışın, adam olun
7 sentyabr 2012
08:00
Siz heç ana və atasının onun həyatına qarışdığını deyən yetkin və uğurlu insan görmüsünüzmü? Mən görməmişəm. Ailəsinin onun həyatına qarışmağından şikayət edən insanın neçə yaşı olursa-olsun o, yeniyetmədir. Yeniyetməlik yaşla bağlı mərhələ deyil. Beyinlə olan və beyinlə keçiləcək dövrdür.
Yeniyetməlik beyində olur. Həmin insan hələ heç bir uğura imza atmayıb, fərd olaraq hansısa addımı atmayıb, uğur qazana biləcəyini heç kimə sübut etməyib. “Uğur qazanacağımı niyə kiməsə sübut etməliyəm ki?” deyən insanlar da var. Həmin insanların əşyalarını toplayıb təbiət qoynuna köçməsi və orada tamamən təbii şərtlərdə yaşamaları daha uyğundur, çünki onlar realist deyillər.
Elə adam var ki, hər zaman gələcəkdə yaşayır. “Adam olacağam, xoşbəxt olacağam, professor, cərrah, jurnalist olacağam” desə də, bunun üçün heç bir ciddi addım atmır, çünki iradəsini idarə edə bilmir.
Bir də görürsən ki, 25 yaşlı adam valideynlərindən şikayət edir. “Məni anlamırlar, hər işimə qarışırlar, məni bezdirirlər”.
Gülməli və acınacaqlıdır.. Əgər siz maksimum 20 yaşından sonra belə valideynlərindən şikayətlənən adam görürsünüzsə, deməli, həmin adam uğursuz adamdır. Tənbəl olduğu üçün heç bir uğur qazana bilməyib, özünü fərd kimi görmür. Özünü lazımsız biri kimi gördüyü üçün hələ də ailəsindən asılıdır və ailəsi də istəklərini yerinə yetirə bilmədiyinə görə ailəsindən şikayət edir. Belələrinin ən məşhur cümlələrindən biri də belədir: “Mən ona deməmişdim məni dünyaya gətirsin. Gətiribsə, saxlamalıdır!”.
Təsəvvür edirsiniz, 20-21 yaşını keçmiş adam belə deyir! 18 yaşını keçmiş, sağlam insan ona kiminsə baxmasını istəyir. Bu, tənbəllik deyilmi? Onlar elə hesab edir ki, dünyanı valideynləri idarə edir və valideynləri nə istəsə, onu edə bilərlər, amma sırf onu xoşbəxt görmək istəmədiyi, ona qarşı qərəzli olduqları üçün dünyanı onun istədiyi kimi edib, onun həyat şərtlərini təmin etmirlər. Onlar elə bilirlər ki, məsələn, universitetə sənəd vermək üçün mütləq valideynin imzası olmalıdır, işləmək üçün, hansısa sahədə uğur qazanmaq, hansısa sahə barədə araşdırma aparmaq üçün, qısası, uğur qazanmaq üçün valideyn mütləq hansısa sənədə imza atmalıdır.
Bu adamlar sırf həyatlarını qurmaq üçün ciddi addımlar atanda mütləq valideynlərindən asılı olduqlarını düşünürlər. Amma məsələn, dostlarla görüşməyə gələndə onlar üçün valideynlər heç bir şey ifadə etmir, onlar istədikləri kimi həyatlarını qura bilər, istədikləri insanlarla görüşə bilərlər. Haqlı deyillərmi? Haqlı, çox haqlıdırlar. Amma niyə hansısa uğur qazanmaq üçün də bunu demirlər? Valideynlərindən şikayət edirlər? Belələrinə çox yerdə rast gəlmək olar. Universitetdən tutmuş sosial şəbəkələrə qədər. Qohum, dost çevrəniz, uzaqdan-uzağa tanıdığınız biri belə olsa, onun sorağı sizə gəlib çatır.
Bir gəncin işinə valideynləri qarışmaz, çünki valideyn bilir ki, artıq övladı özü öz həyatını idarə edə biləcək gücdədir.
Ata-ananın hər birində valideynlik duyğuları eynidir. Valideynlər hər zaman övladlarından narahat olur və onların zərər görəcəyindən narahat olurlar. Və valideynləri iki qrupa ayıraq:
1.Ən pis halda ali təhsili olmayan, regionlarda yaşayan və həyat şərtlərinin yüksək olmadığı, övladı da təhsil ala bilməmiş valideynlərə görə övladları ancaq ailə həyatı quranda xoşbəxt ola bilər və həyatlarını qurar. Evləndikdən sonra artıq övladı onun üçün yetkin insandır və onun həyatına qarışmır. Hə, ailə həyatı qurmaq da həyat qurmaqdır axı - istər təhsilli ol, istər təhsilsiz.
2.Ali təhsilli valideynlərin əksəriyyəti övladlarının da ali təhsilli, təhsil aldığı sahədə uğur qazanmasını istəyir və dəstəkləyir. Görəndə ki, övladı həqiqətən də öz həyatını qurub, özünü idarə etmək iradəsindədir, artıq narahatçılıq aradan qalxır.
Amma hər valideyn övladının evlənməsini, ailə qurmasını istəyir. Hər iki tip də övladlarının öz dünyagörüşlərinə uyğun olaraq həyatlarını qurmasını görmək istəyir. Əgər valideyn övladının hələ də özünü və həyatını idarə etmək iradəsinə sahib olmadığını görürsə, o zaman uşağını qorumaq instinkti ilə ona müdaxilə edir.
Yaşı 20-ni keçib hələ də ailəsinin onun işlərinə, həyatına ciddi şəkildə qarışmasından şikayət edən adam birmənalı şəkildə uğursuz adamdır. Öz həyatını özü qurmağı bacarmayan gənc uğursuz adamdır və birmənalı şəkildə uğursuzluqlarını belə bəhanələrlə gizlətməyə çalışırlar.
Bir qrup gənc var ki, işləmir, hələ də ailəsindən xərclik alır, işləmək üçün gözü böyük yerlərdə olsa da işləməyə kiçik addımlarla başlamaq istəmir. Bu tiplər əsasən deyir: “İş yoxdur. Mənə uyğun iş olanda işləyəcəm”.
Eləsi də var ki, pis-yaxşı, haradasa işləyir, amma yenə də ailəsindən şikayət edir. Çünki, özünü yenə də lazımsız hesab edir. Həyat şərtləri daha yaxşı olan insanlara qibtə etməkdən vaxt tapıb, öz həyatını yoluna qoya bilmir.
Valideyn hər zaman övladından narahat olur. Harada və kiminlədir, necə insanların əhatəsindədir, necə yaşayır, yatanda üstünü örtdümü, xoşbəxtdirmi və s. Valideynlərin övladlarının pisliklərini istəməməsi gerçəyini qəbul etmək lazımdır. Amma bu, o demək deyil ki, valideynlər elə həmişə bizim həyatımızı yönləndirməlidirlər.
Uğursuz adamın həyatını valideyni yönləndirməsə də, bir başqası mütləq yönləndirəcək.
Çalışıb adam olmaq lazımdır.

1039 dəfə oxunub
Oxşar xəbərlər
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024