“Xocalı ayı”: Xocalı faciəsinin qurbanlarına... – Vasif Əlihüseyn

“Xocalı ayı”:  Xocalı faciəsinin qurbanlarına... – Vasif Əlihüseyn
11 fevral 2022
# 16:20

Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.

Kulis.az “Xocalı ayı” çərçivəsində Vasif Əlihüseynin “Xocalı faciəsinin qurbanlarına...” şeirini təqdim edir.

İlahi, bu dil bilməyən

körpəni öldürmək nəydi

günahsız olan uşağın

mələk olduğu deyilir

adam ürəyini yeyir

kimin əli qalxıb ona

qisası Allaha qalsın

bu körpəni kim öldürüb

günahın boynuna alsın

nalə çəkən bir anadır

ağı deyən min-min dildi

qisas-qisas deyə-deyə

artıq 30 ildi...

bətni yarılmış ananın

halına necə ad verim?

səndən o yanası yoxdu

İlahi,

sənə kimi and verim?!

# 1414 dəfə oxunub

Müəllifin son yazıları

# # #