"Qladiator" tanınmaz halda

Rassel Krou

Rassel Krou

17 may 2024
# 15:45

Oskar mükafatı laureatı Rassel Krou Ceyms Vanderbiltin "Nürnberq" trillerinin çəkilişlərinə başlayıb.

Kulis.az xəbər verir ki, filmdə həbsdə olan nasistlərdən Herman Görinq obrazını canlandıran aktyor rolu üçün kökələrək saçlarını rənglədib.

Russell Crowe tanınmazdır! - 3

Cek El-Hainin "Nasist və Psixiatr" kitabı əsasında çəkilmiş film ABŞ hərbi psixiatrı polkovnik-leytenant Duqlas Kellinin əsir götürülmüş bir neçə yüksək rütbəli nasist məmuru ilə birlikdə təyyarədə səyahətindən bəhs edir.

Russell Crowe tanınmazdır! - 4

Oskar mükafatçısı Rami Malekin psixiatr Kelli rolunu canlandırdığı filmin 2025-ci ildə ekranlara çıxması planlaşdırılır.

# 821 dəfə oxunub

Müəllifin son yazıları

# # #