“Kapitan və Xəzər dənizi” filminin tizeri yayımlandı

“Kapitan və Xəzər dənizi” filminin tizeri yayımlandı
29 may 2024
# 13:30

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsində qalib gələn “Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli-animasiya filminin maliyyələşməsinə başlanılıb.

Kulis.az xəbər verir ki, istehsal prosesində olan filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn, prodüseri Emin Nəcəfovdur.

Qeyd edək ki, müsabiqədə "Sənət filmi" istiqaməti üzrə qalib olan “Kapitan və Xəzər dənizi” animasiya filmi “Rental Azərbaycan” şirkəti tərəfindən istehsal olunur. Filmin tizerini təqdim edirik.

# 505 dəfə oxunub

Müəllifin son yazıları

# # #