“Şah namə Abbas" tamaşasının premyerası keçirildi

“Şah namə Abbas"  tamaşasının premyerası keçirildi
23 iyun 2025
# 16:00

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq İlqar Fəhminin "Şah Abbas Namə" pyesi əsasında hazırlanan “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib.

Kulis.az xəbər verir ki, ikihissəli tarixi dram Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünə həsr olunub.

Yeni səhnə əsərində rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Sənan Kazımlı, Niyaz Qasımov, Mətləb Abuşov, Kərəm Hadızadə, Aydın Dəmirov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Manaf Dadaşov, Rəşad Səfərov, Elgün Yəhyayev, Anar Səfiyev, İlhan Sadıqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Ramiq Nəsirov, Tahir İsmayılov, Vüqar Məmmədəliyev, Xaliq Bəkirov, Hilal Dəmirov, Eldar İmanov və Yaşar Heydərli ifa ediblər.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə, rejissor assistentləri Fuad Cavadzadə və Nəsibə Canəliyevadır.

Rejissorun bədii baxışı ilə təqdim olunan səhnə əsərində tarixin ən parlaq və ziddiyyətli fiqurlarından olan Şah Abbas ömrünün son günlərində belə hakimiyyətin və ölkənin taleyi naminə soyuqqanlı, amansız qərarlar qəbul etməkdən çəkinmir.

# 159 dəfə oxunub

Oxşar xəbərlər

"Traviata"  operası nümayiş etdirildi

"Traviata" operası nümayiş etdirildi

18:53 21 iyun 2025
“Qaravəlli”  tamaşasının premyerası keçiriləcək

“Qaravəlli” tamaşasının premyerası keçiriləcək

13:20 18 iyun 2025
Akademik Milli Dram Teatrında “Baş” tamaşasının  premyerası olacaq

Akademik Milli Dram Teatrında “Baş” tamaşasının premyerası olacaq

18:33 17 iyun 2025
1-ci Uşaq Festivalı iştirakçılarının  region səfərləri

1-ci Uşaq Festivalı iştirakçılarının region səfərləri

11:00 17 iyun 2025
“Arqon”  mono-tamaşasının premyerası keçirildi

“Arqon” mono-tamaşasının premyerası keçirildi

14:15 12 iyun 2025
İrəvan teatrı  mövsümü bağlayır

İrəvan teatrı mövsümü bağlayır

11:30 12 iyun 2025
#
#
# # #