Kitab sərgisi

Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsində ifadə verəcək

Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsində ifadə verəcək
23 iyun 2025
# 16:20

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Kulis.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Nizami Alışanın ifadəsi elan olunub.

Daha sonra sənəd tədqiqi prosesinə keçilib.

N.Alışanın izahatında Babək Məmmədzadəyə 1 milyon 300 min manat borcu olduğu qeyd edilib. O isə bildirib ki, izahatda göstərilən imza ona aid deyil.

Təqsirləndirilən iddia edib ki, digər sənədləri də o imzalamayıb.

Vəkil Samir İsayev Nizami Alışanın həyat yoldaşının şahid qismində dindirilməsi ilə bağlı vəsatət verib.

Qeyd olunub ki, Nizami Alışan aprelin 9-da saxlanıldığını iddia edir, amma sənədlərdə onun aprelin 17-də saxlanıldığı qeyd olunub. Bu hadisə ilə bağlı tək şahid isə onun həyat yoldaşıdır.

Vəsatət təmin edilib.

Gələn prosesdə Babək Məmmədzadə də yenidən dindiriləcək.

Proses iyunun 30-dək təxirə salınıb.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

İş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

Əlavə edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir. APA

# 802 dəfə oxunub

Oxşar xəbərlər

Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” sərgisi  keçirilib

Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” sərgisi keçirilib

18:48 23 sentyabr 2025
9 qardaşı öldü, qəbrində quzu basdırdılar... - Onu kim kor eləmişdi?

9 qardaşı öldü, qəbrində quzu basdırdılar... - Onu kim kor eləmişdi?

18:40 23 sentyabr 2025
Xəyyam Əhmədlinin anası vəfat etdi

Xəyyam Əhmədlinin anası vəfat etdi

17:50 23 sentyabr 2025
Öz nekroloqunu çap etdirən yazıçı Robert Blox

Öz nekroloqunu çap etdirən yazıçı Robert Blox

15:15 23 sentyabr 2025
“Sənət inciləri”  layihəsi üzrə növbəti mühazirə-konsert

“Sənət inciləri” layihəsi üzrə növbəti mühazirə-konsert

15:13 23 sentyabr 2025
Rüstəm Behrudi xaricdə müalicə alır

Rüstəm Behrudi xaricdə müalicə alır

15:10 23 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər