Plagiat qalmaqalı böyüyür - Akunin təzminat ödəyəcək?

Plagiat qalmaqalı böyüyür - Akunin təzminat ödəyəcək?
23 iyun 2025
# 13:30

Yazar Tatyana Viktentyeva yazıçı Boris Akuninə qarşı plagiat işi üzrə iddiasını rədd edən məhkəmə qərarından apellyasiya şikayəti verib.


Kulis.az xəbər verir ki, 2023-cü ilin dekabrında Viktentyeva Moskvanın Taqan rayon məhkəməsinə müraciət edərək yazıçı Akuninin məşhur detektiv obrazı Erast Fandorindən bəhs edən romanı əsasında çəkilmiş “Fandorin. Azazel” serialının yayımlanmasının qadağan olunmasını tələb etmişdi.

Qadın yazıçı Akunini plagiatda ittiham edib — guya o, Viktentyevanın pyesini yenidən işləyib. İddia isə məhz serialın nümayişi ilə bağlı olmuşdu.

Yazıçı Tatyana Viktentyeva serialdan əldə olunan bütün gəlirin ona verilməsini, müəlliflik hüquqlarının tanınmasını, mini-serialın yayımının dayandırılmasını və mənəvi zərərin ödənilməsi üçün 1 milyon rubl təzminat tələb etmişdi. Lakin məhkəmə iddianı rədd edib. Qeyd edək ki, qərarın səbəbi isə ekspertizanın Akuninin əsərində heç bir plagiat əlaməti aşkar etməməsi olub.

# 1710 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər