“Qaravəlli” tamaşasının premyerası keçiriləcək

“Qaravəlli”  tamaşasının premyerası keçiriləcək
18 iyun 2025
# 13:20

Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin "Öyrədərək Öyrənirəm" layihəsi çərçivəsində görkəmli yazıçı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın iyul ayında premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, yeni yaradıcılıq işinin quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Elay Xasiyev, ritmika Ramazan Xanlarov, musiqilərin ifası - "Dərviş" qrupu, tamaşanın rejissoru isə Rəvan Hüseynzadədir.

Səhnə əsərində əsas mövzu cəmiyyətdə insanların bir fağır, zəif, ehtiyaclı insanı necə linç edib, bütün problemləri ona yükləyib və sonda onu mənən, ruhən və daha sonra isə cismən yerə gömdüyündən bəhs edilir.

Yeni tamaşada obrazları əməkdar artist İzaməddin Bağırov (Əvəz Əvəzov), aktyorlar Kamran Muradlı (Yaxşı kişi, Məmməd Məmmədov, Qulam Qulamov), Şəmistan Süleymanlı (Pis kişi, Namaz Namazov) , İlham Səfərli (Kazım Kazımov), Elmir Mehdiyev (Vəli Vəliyev, Otello), Habil Xanlarov (Əhməd Əhmədov, Sadıq Sadıqov, Kamal Kamalov) , Elay Xasiyev (Abbas Abbasov, Əkbər Əkbərov, Əsgər Əsgərov), Aynur Hümmətova (Əzizə Əzizova, Gülab Gülabova) , İlahə Səfərova (Rəhimə Rəhimova, Dezdamona), Ramazan Xanlarov və Etibar Cəbiyev (Şəhər sakinləri) ifa edirlər.

# 2934 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

16:30 18 iyun 2026
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

12:49 17 iyun 2026
Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

16:10 16 iyun 2026
Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

12:34 12 iyun 2026
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

16:23 11 iyun 2026
"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər