1-ci Uşaq Festivalı iştirakçılarının region səfərləri

1-ci Uşaq Festivalı iştirakçılarının  region səfərləri
17 iyun 2025
# 11:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan İncəsənət Məktəbinin təşkilatçılığı ilə keçirilən “1-ci Uşaq Teatr Festivalı” çərçivəsində festival iştirakçılarının ölkəmizin müxtəlif bölgələrinə səfərləri davam edir.

Kulis.az xəbər verir ki, ilk səfər 16 iyun 1-ci Uşaq Teatr Festivalının 3-cü yerin qalibi, Azərbaycan İncəsənət Məktəbinin “Səhnənin ulduzları” teatr kollektivinin “Tısbağanın yolu” tamaşası ilə Gəncə şəhərinə təşkil olunub.

Tamaşa Gəncə Dövlət Kukla Teatrının səhnəsində nümayiş etdirilib.

Tədbirin açılışında Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev çıxış edərək səfər hüququ qazanan iştirakçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra layihənin rəhbəri, teatrşünas Dağlar Yusif Əfəndi çıxış edərək festivalın davamlı xarakter daşıyacağından söz açıb və növbəti teatr festivalı haqqında məlumat verib. O, çıxışının sonunda bu cür layihələrin ardıcıl şəkildə keçirilməsinin mədəni inkişaf baxımından önəmini vurğulayıb.

Quruluşçu rejissoru Qasım Nağı olan “Tısbağanın Yolu” tamaşası uğurla təqdim olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Festival proqramına daxil edilən seçilmiş teatr tamaşaları ümumilikdə Azərbaycanın dörd şəhərində – Gəncə (16 iyun), Şəki (17 iyun), Mingəçevir (23 iyun) və Lənkəran (30 iyun) Dövlət Dram Teatrlarının səhnəsində nümayiş olunacaq. Tamaşalarda çıxış edən uşaq aktyorlar minlərlə tamaşaçı qarşısında səhnəyə çıxaraq istedadlarını nümayiş etdirməklə yanaşı, regionlarda yaşayan həmyaşıdlarına da unudulmaz teatr təcrübəsi bəxş edəcəklər.

Layihənin əsas məqsədi teatr sənətinin maarifləndirici və tərbiyəvi imkanlarından istifadə etməklə uşaqların estetik zövqünün, mənəvi dünyasının və yaradıcı potensialının inkişafına dəstək verməkdir. Bu təşəbbüs, Ulu Öndər Heydər Əliyevin “Bizim gələcəyimiz uşaqlardır” prinsipinə uyğun olaraq, gənc nəslin intellektual və mədəni inkişafını təşviq edən mühüm bir platforma rolunu oynayır.

Festival, eyni zamanda, ölkəmizdə uşaq teatrının inkişafına, bu sahəyə marağın artırılmasına və səhnə sənətinə maraq göstərən gənc nəslin yaradıcı fəaliyyətə cəlb edilməsinə xidmət edir. Layihə çərçivəsində uşaqlar səhnə təcrübəsi qazanır, kollektivdə işləmək bacarığını inkişaf etdirir və sənətə olan maraqlarını cəmiyyətlə bölüşmək imkanı əldə edirlər.

Festival iştirakçılarının regionlara qastrol səfərləri mədəni həyatın canlandırılması və uşaqlar arasında teatr sənətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfərlər zamanı nümayiş olunacaq tamaşalar, birbaşa uşaqları hədəf alan məzmunları ilə onların estetik və mədəni inkişafına töhfə verməyi hədəfləyir.

# 1445 dəfə oxunub

Oxşar xəbərlər

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

10:28 15 sentyabr 2025
Milli Teatr yeni mövsümü açıq elan edib

Milli Teatr yeni mövsümü açıq elan edib

09:40 15 sentyabr 2025
Elçin Əzizovun quruluşunda “İolanta” operasının premyerası olub

Elçin Əzizovun quruluşunda “İolanta” operasının premyerası olub

15:25 13 sentyabr 2025
Kukla Teatrı Qazaxıstandakı festivalda iştirak edib

Kukla Teatrı Qazaxıstandakı festivalda iştirak edib

18:20 12 sentyabr 2025
Qusar teatrı mövsümü bu tamaşa ilə açacaq

Qusar teatrı mövsümü bu tamaşa ilə açacaq

15:50 10 sentyabr 2025
YUĞ Teatrında yeni mövsümün ilk iclası keçirildi

YUĞ Teatrında yeni mövsümün ilk iclası keçirildi

14:14 10 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər