Kuklaçılar premyeraya hazırlaşır

Kuklaçılar premyeraya hazırlaşır
6 mart 2026
# 15:00

Martın 14-də Azərbaycan Dövlət Kukla Teatrında “Quyruqsuz Dovşan” tamaşasının premyerası olacaq.

Kulis.az xəbər verir ki, maraqlı və ibrətamiz hadisələrlə zəngin birhissəli kukla tamaşası saat 12:00, 14:00 və 16:00 seansları ilə balacaların qarşısına çıxacaq.

Rus ədibi Nikolay Nikolayeviç Lisinin “Quyruqsuz dovşan” pyesi əsasında (tərcümə edəni: Zümrüd Quliyeva) hazırlanan eyniadlı səhnə işinin quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Rəna Abbasovadır.

Musiqi tərtibatlı tamaşada obrazları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Elnur Xəlilov, Yusif Baxşəliyev, Məmmədşah Təhməzov, Elnarə Hacıyeva, Səbinə Məmmədova və Bayram Ağamalıyev canlandırırlar.

Özünəinam və fərqlilikdən utanmamaq kimi ideyanı ana xətt kimi ön plana çıxaran əsərdə hadisələr sadə hekayətin komik həlli ilə bitir. Belə ki, tamaşa dovşanın ehtiyatsızlıq və maraq ucbatından quyruğunu itirməsi ilə başlayır. Qəhrəman quyruqsuz qaldığı üçün çox utanır, kədərlənir və digər heyvanlardan fərqli olduğunu düşünərək özünü pis hiss edir. Bəzi heyvanlar ona gülür, bəziləri isə ona kömək etməyə çalışırlar. Hadisələr zamanı dovşan anlayır ki, fərdi dəyərli edən onun zahiri görünüşü yox, daxili keyfiyyətləri və davranışıdır.

Psixoloji alleqoriya kimi çıxış edən tamaşanın əsas konflikti zahiri hadisədən – quyruğun itirilməsindən doğsa da, əslində bu, qəhrəmanın özünü anlaması və olduğu kimi qəbul etməsi ilə başa çatır.

Dovşanın səhnə boyu düşdüyü vəziyyətlər – sevinc, həyəcan, utanmaq hissi, böhran və sonda özü ilə barışması səhnə işinin əsas dramatik xəttini təşkil edir.

Tamaşa tragikomik vəziyyətlərə düşən dovşanın dostlarının səyləri nəticəsində quyruğuna qovuşması ilə bitir.

# 1249 dəfə oxunub

Oxşar xəbərlər

Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq

Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq

13:00 7 sentyabr 2026
YUĞ Teatrında yeni mövsümün ilk iclası baş tutdu

YUĞ Teatrında yeni mövsümün ilk iclası baş tutdu

17:30 2 sentyabr 2026
Kukla Teatrında yeni mövsüm - İstiqamətlər müəyyənləşdi

Kukla Teatrında yeni mövsüm - İstiqamətlər müəyyənləşdi

13:00 2 sentyabr 2026
Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər