Gənc Tamaşaçılar Teatrı beynəlxaq festivalda iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı beynəlxaq festivalda iştirak edəcək
1 oktyabr 2025
# 17:30

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Almaniyanın Hannover şəhərində keçiriləcək XIV Beynəlxalq Kamera Tamaşaları Festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatr Nikoloy Qoqolun “Dəlinin qeydləri” adlı əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə oktyabrın 6-dan, 12-dək keçirilən festivalda çıxış edəcək.

32 illik səhnə həyatını uğurla davam etdirən, müxtəlif illərdə nüfuzlu beynəlxalq festivallarda mükafatlar qazanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir.

Tamaşada Poprışşin rolunda Əməkdar artist Şövqi Hüseynov çıxış edir.

Qeyd edək ki, Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifədə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bir dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir.

# 2249 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər