Diktatorların inanılmaz xarabalıq sevgisi – Maraqlı Faktlar

Diktatorların inanılmaz xarabalıq sevgisi – <span style="color:red;">Maraqlı Faktlar
2 may 2018
# 09:00

İraqın devrilmiş lideri Səddam Hüseyn Mussolinini nümunə götürərək tarixi xarabalıqlar üzərində saray inşa etmişdi.

Səddam Hüseynin bir vaxtlar olduğu saray bu gün qraffitilərlə bəzədilib. İndi həmin yer uşaqların futbol sahəsi kimi istifadə etdiyi xarabalıq görkəmindədir. Baxımsız hala düşüb bu yer: həyətində zeytun ağacları, palmalar, otlar...

Amma yataq otağının eyvanından baxsanız uzanıb gedən tarixi xarabalıqları görə bilərsiniz. 2500 il əvvəl dünyaya hökm edən Babil şəhərinin xarabalıqları.

Bu mənzərə təsadüfü deyil. Mənzərəni bu hala salmaq düşünülmüş bir addımdır. Saraya gələn ziyarətçilər Babilin xarabalıqlarına baxıb bu günlə əlaqə qurmalı və şanı-şöhrəti minlərlə ili əhatə edəcək böyük liderin hüzurunda olduqlarını düşünməlidirlər.

Saddam Hüseyin'in sarayı

Səddamın pəncərələrindən Babil görünən nəhəng sarayı

Səddam Hüseyn tarixi xarabalıqları bu məqsədlə istifadə edən ilk diktator deyil. Xarabalıqların bərpa edilməsi ilə totalitar liderlər arasındakı əlaqənin tarixi çox qədimə dayanır.

Belə yerləri daş yığnağı kimi təsəvvürünüzə gətirməyin. Xarabalıqlar miflərlə iç-içə keçmiş tarixi təmsil edir. Onlar şərəfli keçmişin yenidən qurulması əsasında faşist ritorikasının yaradılması üçün bir vasitədir. Bununla yanaşı, Səddamın, ondan əvvəl İtaliyada Mussolinin, Almaniyada Hitlerin etdiyi kimi, bu tarixi qalıqları qorumaq cəhdində ümumilikdə irsi şüuru silmək və öz ideologiyasına uyğun olmayan mirası təmizləmək məqsədi də var.

Saddam Hüseyin'in sarayı

Səddamın sarayının yataq otağından görünən Babil

Babilin yenidən inşası

Dünyanın ən zəngin arxeoloji xarabalıqlarına sahib olan ölkə İraqdır. Dəclə və Fərət çayları arasında yerləşən Mesopotamiya dünyanın ilk şəhərlərini “çiyinlərində” daşıyıb.

Bu xarabalıqlar işğalçılar tərəfindən yağmalanıb, burdakı əsərlər başqa ölkələrdəki muzeylərə daşınıb.

Səddam Hüseyn 1968-ci ildə dövlət başçısı olanda İraqın qədimliyi fikrini önə çəkmək üçün ilk işlərindən biri arxeoloqlarla görüşmək oldu.

Tarixi əsərlər üçün ayrılan büdcə 80 faiz artırılmış, bir çox tarixi şəhər yenidən inşa edilmişdi.

Səddam Hüseyn bu tarixi şəhərlərin içində Babilə daha çox diqqət yetirirdi.

Babil surları

Səddam Babil divarlarını belə qaldırdı

Bildiyiniz kimi, Babil dünyanın ən böyük şəhərlərindən biriydi. 200 min nəfər əhalisi vardı. Makedoniyalı İsgəndərin işğalından sonra Babil bir müddət daha da yüksəldi. Ardınca Babilin süqutu başladı və müsəlmanların gəlişi ilə bu şəhərdən geriyə yalnız xarabalıq qaldı.

Səddam Hüseyn İran-İraq müharibəsinin ortasında Babilin bərpası üçün milyonlarla dollar büdcə ayırdı. Şəhərin divarları yenidən inşa edildi. Hətta bu divarlar mümkün olmayacaq bir yüksəkliyə - 11.5 metrə ucaldıldığı üçün beynəlxalq arenada arxeoloqların tənqidinə tuş gəldi... Babili əyləncə yerinə çevirdiyi üçün.

Arxeoloqlar Babildəki şəhər divarlarında kral Nebukadnezarın adının qazılı olduğunu Səddama xatırladanda dövlət başçısı öz adının yazılmasını tələb etdi. Bərpa işində qədim kərpiclərin yerinə modern kərpiclərdən istifadə olundu.

Saddam Hüseyin'in duvar resmi

Səddamın divar rəsmi

1981-ci ildə İraqın İranı “işğal etməyi”nin ildönümü keçirilirdi... Babil şəhərində keçirilən bayramda “Dünən Nebukadnezar, bu gün Səddam Hüseyn” sözləri bayraq kimi dalğalanırdı. Hətta Səddamın ağacdan düzəldilən böyük heykəli Bağdadın İştar qapısında dimdik dayanmışdı.

Mussolininin faşizmi

Səddam Hüseyn əslində Mussolininin açdığı cığırla irəliləyirdi. XX əsrin əvvəllərində İtaliyada özünü lider elan edən Benito Mussolini Romadakı tarixi xarabalıqların təsirli bir vasitə olduğuna inanırdı. Antik Roma şəhərinin təzədən bərpa edilməsi Mussolini üçün əsas işlərdən biriydi.

1922-ci ildə Mussolini çıxışında belə demişdi:

Roma'da Augustus Mozolesi

Romada Oktavian Avqustun mavzoleyi

“Roma bizim simvolumuz və mifimizdir. Romanın ölümsüz ruhu faşizmdə yenidən canlanır”.

Mussolininin əmri ilə Romada böyük bir qazıntı işi başladı. Tarixi xarabalıqlarla iç-içə olan yerlər darmadağın edildi. Oktavian Avqustun mavzoleyi gün üzünə çıxarıldı və ətrafında bir meydan inşa olundu. Kolizeyin dibi qazılmış və altındakı yeraltı tunel üzə çıxmışdı.

İkinci Dünya Müharibəsinin başlanmasından 16 ay əvvəl, 1938-ci ilin mayında Hitler Romaya gəlmişdi. Mussolini şəhərin tarixi xarabalıqlarını ona göstərmiş və Hitler bundan çox təsirlənmişdi.

Hitler

Hitlerin Mussolininin təsiri ilə restavrasiya mərasimi

Hitler və tarixin ideallaşdırılması

Hitlerin onsuz da bu mövzuya xüsusi bir marağı vardı. Bəzən çəkdiyi rəsmlərdə də Hitler bu tarixi xarabalıqları təsvir etməyə cəhd göstərirdi. Modern memarlığa nifrətini, antik Romanın klassik memarlığına heyranlığını açıq-aşkar ifadə edirdi.

Hitler düşünürdü ki, keçmişin xarabalıqları tarixin ideal versiyasına işarədir. Buna görə də Hitler Almaniyada bu düşüncəsini həyata keçirməyə çalışırdı.

Hitler Almanyası

Nürnberqdə nasistlərin şöləni

Baş memar Albert Speer xatirələrində yazır:

“Hitler quruculuğun yaşandığı dövrü və o dövrün ruhunu gələcək nəsillərə çatdırmağın vacib olduğunu söyləyirdi. Axı insana tarixin böyük dövrlərini xatırladacaq tək şey antik memarlıq idi. Roma imperatorlarından geriyə nə qaldı? Bu gün onların varlığını təsdiqləyəcək tək şey xarabalıqlarıdır”.

Hitler bu məqsədlə baş memar Albert Speerlə birlikdə “xarabanın dəyəri” fikrini inkişaf etdirdi. Bu fikrə görə, bir ölkənin arxitekturası yıxılma təhlükəsində olsa belə gələcək nəslə ilham qaynağı olacaqdı.

Amma faşistlərin inşa elədiklərindən geriyə antik xaraba olacaq heç nə qalmadı. Səddamın Babildəki sarayı kimi baş memar Speerin də qorxduğu başına gəldi: onun tikililəri də bir neçə il sonra məhv oldu.

# 1996 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #