Bakıda heykəli də qoyulan o memarın intihar etdiyini bilirdinizmi?-LAYİHƏ

 Bakıda heykəli də qoyulan o memarın intihar etdiyini bilirdinizmi?-LAYİHƏ
9 yanvar 2017
# 12:54

Bəzən hər gün eyni küçə adını eşidirik, deyirik, hətta yazırıq.

Amma fərqinə varmırıq.

Kimdi bu adam?

Adını küçə verilibsə demək xidmətləri var.

Yaddaşlarda yaşamağa layiq olub.

Adı əbədiləşib, düzdü.

Xatirəsi əbədiləşibmi bəs?

Tanıyırıqmı onu?

Kulis.Az-ın “Doğma və yad küçələr” layihəsində Bakı şəhərində olan tanımadığımız küçə adlarından bəhs olunacaq.

Zivər bəy Əhmədbəyov küçəsi Yasamal rayonu ərazində yerləşir. Küçə Allahyar Nəsibov küçəsi ilə kəsişmədən başlayıb, “Azad qadın” heykəlinin qarşısında Cəfər Cabbarlı küçəsi ilə birləşir. “Nizami” metrostansiyası bu küçədə yerləşir. Metrostansiyasının qarşısında Zivər bəy Əhmədbəyovun heykəli və onun adını daşıyan park var. Park 2011-ci ildə salınıb.

Bəs Zivər bəy Əhmədbəyov kimdir?

Image result for Zivər bəy Əhmədbəyov

Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda alıb. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyib.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra o, Bakı şəhərinin baş memarı olub və 1922-ci ilə kimi bu vəzifədə qalıb. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin (1898-1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsi əsasında tikilib.

Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi YUNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.

Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya institutunun binası və onun layihəsilə tikilən bir sıra yaşayış binaları bu gün də göz oxşayır.

Image result for Zivər bəy Əhmədbəyov

1917-ci ildə Z.Əhmədbəyov "İslam mədəniyyət abidələrini qoruyan", 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətlərini yaradıb.

Zivərbəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib.

"Nizami" metrostansiyası qarşısındakı, Zivər bəy Əhmədbəyovun adını daşıyan parkla üzbəüz bina da onun layihəsi əsasında inşa edilib.

# 2623 dəfə oxunub

Oxşar xəbərlər

"Sovet rejimi yəhudi beyni, çin süngüsü və rus axmaqlığı ilə qorunur" - Nağı bəy Şeyxzamanlı

"Sovet rejimi yəhudi beyni, çin süngüsü və rus axmaqlığı ilə qorunur" - Nağı bəy Şeyxzamanlı

12:33 7 iyul 2026
Nəriman Nərimanovun evində böyüyən, Bağırovun repressiyadan xilas etdiyi əfsanə - İlk qadın təyyarəçimizin ən böyük sirri

Nəriman Nərimanovun evində böyüyən, Bağırovun repressiyadan xilas etdiyi əfsanə - İlk qadın təyyarəçimizin ən böyük sirri

14:00 4 iyul 2026
Repressiya qurbanı,  yoxsa repressiya iştirakçısı? – Ayna Sultanovanın müəmmalı taleyi

Repressiya qurbanı, yoxsa repressiya iştirakçısı? – Ayna Sultanovanın müəmmalı taleyi

12:00 3 iyul 2026
Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

10:00 11 iyun 2026
Erməni  müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

Erməni müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

14:00 1 iyun 2026
"Artıq meydanda heç bir bəhanə qalmadı..."  - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

"Artıq meydanda heç bir bəhanə qalmadı..." - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

12:00 31 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər